İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
14:24 | 7 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 301 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedib. Səfərdən əvvəl İsrail mətbuatında yer alan xəbərlər İrana qarşı yeni hücum ehtimalını gündəmə gətirib.
“Jerusalem Post”un yazdığına görə, Netanyahu ABŞ prezidenti Donald Trampdan İranın nüvə proqramını bərpa etmək fəaliyyətinə qarşı hərəkətə keçmək üçün yaşıl işıq istəyəcək.
“Məqsəd Livandakı vəziyyətə bənzər icazə almaqdır” deyən bir İsrail mənbəsi qəzetə bildirib: “Beləliklə, nüvə obyektlərində şübhəli fəaliyyət aşkar edilərsə və ya ABŞ və İsrailin vurduğu ərazilərdən uranın daşınmasına dair sübutlar olarsa, buna qarşı tədbir görmək üçün əvvəlcədən ABŞ-ın icazəsi alınacaq”.
Məlumata görə, İsrailin məqsədi İranın nüvə proqramını yenidən qurmasının qarşısını almaq üçün ABŞ-ın rəhbərlik etdiyi mexanizm yaratmaqdır. “Biz həmçinin İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq etmədiyinə görə geri qaytarılan sanksiyalar mexanizminin tətbiq olunmasını istəyirik”, – deyə rəsmi bildirib.
İran prezidenti Məsud Pezeşkian ötən həftə agentliklə əlaqələri dayandıran fərman imzalayıb. Nüvə müfəttişləri də təhlükəsizlik səbəbi ilə İranı tərk etdiklərini açıqlayıblar.
Bu gün Vaşinqtona gələn Netanyahu İsraili tərk etməzdən əvvəl jurnalistlərə deyib ki, “Biz İranın bizim məhv etmək məqsədi daşıyan nüvə silahı əldə etmək məqsədinə və bunu bərpa etmək cəhdlərinə qarşı ayıq qalmalıyıq”.