Çində qadağan olunmuş sual
Si Cinpinin varisi kim olacaq?
            					
            	
                08:11 | 5 avqust 2025 | Çərşənbə axşamı
                Məqaləyə 401 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Si Cinpinin varisi kim olacaq?
                                Trampın Çindən tələbləri
                                Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
                                Günahkar iqlim dəyişikliyidir?
                                Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
                                Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
                                “Qida yağını özümüz də istehsal edə bilərik”
                                Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
                                ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
                                ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
                                Vergilər Pekinə cavabdır
                                ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
                                Dünyanın ən hündür körpüsü açıldı
                                Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
                                Trampdan kütləvi ixtisarla hədələdi
                                Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Çində dövlət sektorunda çalışan müəllimlərdən, tibb bacılarından və aşağı vəzifəli əməkdaşlardan pasportların geri alınması siyasəti tətbiq olunur. Bu addım, Pekinin ölkədə ideoloji sədaqəti və siyasi intizamı gücləndirmək məqsədilə atdığı tədbirlərdən biridir. Lakin bu siyasət tənqidlərə səbəb olub, xüsusilə səyahət azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir.
“The New York Times” (“NYT”) xəbər verir ki, çoxsaylı dövlət qulluqçularından pasportlarını qaytarmaq tələb olunub. Fərdi səbəblərdən xaricə çıxmaq istəyənlər, bir neçə rəsmi qurumdan icazə almaq məcburiyyətindədir. Bəzi hallarda, məsələn təqaüdə çıxan şəxslər pasportlarını geri almaq üçün iki il gözləməli olurlar.
Eyni zamanda, yaşadıqları şəhəri tərk etmək istəyənlərin sosial media hesablarını hakimiyyət orqanlarına göstərməsi də tələb edilə bilər.
Çinin cənubundakı bir ibtidai məktəbdə ədəbiyyat müəllimi olan Tina Liu bildirir ki, işə qəbul zamanı “Məktəbin icazəsi olmadan xaricə səfər etmək işdən çıxarılma səbəbidir” maddəsini əhatə edən müqavilə imzalayıb. Sonradan əməkdaşların olduğu işçi qrupunda müəllimlərə sərt xəbərdarlıq göndərilib: “Yuxarı instansiyaların tələblərinə əsasən müəllimlər intizam məsələsində diqqətli olmalıdırlar. Hal-hazırda xarici tətilə icazə verilmir”.
Pasportunu vermək tələb olunanlar, əgər bir həftə ərzində bu tələbi yerinə yetirməsələr, 5 ilədək səyahət qadağası ilə üzləşə bilərlər.
Pekin hökuməti bu məhdudiyyətləri milli təhlükəsizlik, korrupsiyaya qarşı mübarizə və xərclərin azaldılması məqsədi ilə izah etsə də, geniş əhali, həssas məlumat sahibi olmayan şəxslər belə bu tədbirlərdən təsirlənir.
Bəzi yerli hakimiyyətlərin üç nəfərdən çox şəxsin birlikdə yemək yeməsinə icazə vermədiyi iddia edilir.
“The New York Times”ın 7 dövlət qulluqçusu ilə apardığı müsahibədə, xarici kəşfiyyat orqanlarına qarşı qorxu və şübhələrin Çin cəmiyyətində paranoyaya çevrildiyi vurğulanıb. Lakin belə bir durumun Pekinin xarici investisiya və turizm cəlb etmək strategiyası ilə ziddiyyət təşkil etdiyi qeyd olunub.
Əlavə olaraq, Çin xaricində universitet təhsili almış şəxslərin dövlət sektorunda yüksəlmələri məhdudlaşdırılır. Honq Konq Şəhər Universitetindən Dongşu Liu bildirir ki, Pekin orta səviyyəli rəhbərlərə təzyiq göstərir, amma aydın qanunlar təqdim etmir. Bu isə riskli sayılan hər şeyin qadağan edilməsinə gətirib çıxarır: “ABŞ-Çin münasibətləri və rəqabəti səbəbindən Çin cəmiyyəti xarici ölkələrə qarşı həssaslaşır və hər şeyi risk kimi qiymətləndirir”.
ABŞ mərkəzli “İnsan Hüquqları Monitorinqi” təşkilatı fevral ayında Pekinin Çin vətəndaşlarının səyahət azadlığını məhdudlaşdırdığını bildirmişdi. Tibet və Uyğur əhalisinin sıx yaşadığı bölgələrdə tətbiq olunan məhdudiyyətlərin ölkənin digər bölgələrinə yayıldığı vurğulanmışdı.