Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
08:52 | 21 avqust 2025 | Cümə axşamı
Məqaləyə 188 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
İnvestorlar ABŞ Mərkəzi Bankının (FED) pul siyasətinə dair konkret siqnal verməməsinin ardından geri çəkildi. İndi diqqət mərkəzində “Jackson Hole” iqtisadi simpoziumu çərçivəsində veriləcək açıqlamalardır.
Spot qızıl 0,2% bahalaşaraq 3.339,97 – 3.341,93 dollar səviyyəsində ticarət olundu. ABŞ dollar indeksinin 0,1% qalxması, dollarla qiymətləndirilən qızılı xarici alıcılar üçün daha bahalı hala gətirdi.
21–23 avqust tarixlərində keçiriləcək “Jackson Hole” simpoziumunda FED sədri Cerom Pauellin cümə günü edəcəyi çıxış xüsusi əhəmiyyət daşıyır. İnvestorlar diqqətlə izləyəcək: Pauell əmək bazarını dəstəkləyən tədbirləri önə çəkəcək, yoxsa inflyasiya risklərini vurğulayacaq?
“Singapore GoldSilver Central”ın baş direktoru Brayan Lan qızıl qiymətlərində kəskin artım gözləmədiklərini bazarın hazırda konsolidasiya mərhələsində olduğunu bildirib: “Faizlər az da olsa endirilərsə, qızıl 3.400 dollara yüksələ bilər. Əks halda qiymətlər konsolidasiya olunmağa davam edəcək və ya 3.300 dollaradək geriləyə bilər”.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp, Miçiqan və Corciyadakı ipotekalara dair iddialar səbəbindən FED İdarə Heyəti üzvü Liza Kukun istefasını tələb edərək, mərkəzi bank üzərində təsirini artırmaq cəhdlərini davam etdirir. Rusiya isə Ukraynaya dair təhlükəsizlik məsələlərinin Moskvanın iştirakı olmadan həll olunmasının “çıxılmaz yol” olduğunu bəyan edib.