Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:30 | 18 iyun 2014 | Çərşənbə
Məqaləyə 1624 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
«Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır. İqtisadi əlaqələrimiz sürətlə inikşaf edir».
Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
E.Məmmədyarov bildirib ki, görüşdə
əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub. O, Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsinin də müzakirə olunduğunu söyləyib: «Rusiya
ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və
məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu».
E.Məmmədyarov qeyd edib ki, ölkələr arasında parlament diplomatiyası da
mühümdür, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiyada səfərdə olub,
Rusiya parlamentarları yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər.
E.Məmmədyarov görüşdə Yaxın Şərq və Ukraynada baş verənlərin də müzakirə olunduğunu, S. Lavrovun Ukrayna ilə bağlı Rusiyanın mövqeyini çatdırdığını bildirib.
***
«Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı Azərbaycana heç bir rəsmi dəvət olmayıb».
Bu açıqlamanı isə Sergey Lavrov görüşdən sonra keçirilən mətbuat konfransındakı çıxışı zamanı səsləndirib.
Daha sonra S.Lavrov deyib: «Ancaq rəhbər şəxslərin rəsmi görüşlərində bu məsələ müzakirə olunub. Tərəfdaşlarımızın bura qoşulması ilə bağlı istənilən müraciətinə müsbət yanaşarıq».
S.Lavrov həmçinin qeyd edib ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir əlaqəsi yoxdur: «Bunu Rusiya, Qazaxıstan və Belarus dövləti yaradıb. Yaxın vaxtlarda isə bu quruma Ermənistan da qoşulacaq. Ermənistan BMT prinsipləri çərçivəsində təsdiq olunmuş sərhədləri ilə Avrasiya İttifaqına daxil olacaq».