BMW-nin “keyless” sistemində qüsur
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
09:40 | 30 iyun 2014 | Bazar ertəsi
Məqaləyə 2169 dəfə baxılıb
Şriftin ölçüsü
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
Rejimi on minlərlə cəsədi səhraya daşıyıb
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Avropada sığınacaq müraciətləri azaldı
Tramp administrasiyası Massachusetts ştatında yeni miqrant ovuna başlatdı
Marko Polonun ailəsi gətirmiş ola bilər
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Bazar günü hökumətin verdiyi məlumata görə, həftə sonu italyan donanması və sahil mühafizə xidməti 1600 miqrantı xilas edib. Qaçqınların illik gəlişinin sayı tədricən rekord səviyyəyə yaxınlaşır. Şənbə günündən bazar gününədək, 24 saat ərzində əksəriyyətinin uşaq olduğu 7 gəmi saxlanılıb. İtaliya sahillərinə gələn miqrantların ümumi sayı bu günədək 60 min nəfəri keçib.
Bu il rəqəmlərin 2011-ci il «Ərəb Baharı» qiyamı vaxtı illik 63 min nəfərlik rekord göstəricini keçəcəyi gözlənilir. Bəzi ekspertlərin fikrincə, mülayim hava şəraitinin köməyi ilə şimali Afrikadan, xüsusən Liviyadan gələn qaçqınların sayı 100 minə çata bilər.
Şimali Afrikadan Avropaya təhlükəli yollarla gələn miqrantlar İtaliyaya çoxlu ziyan vurublar. Aİ-nin «Frontex» sərhəd agentliyi son aylarda gələnlərin sayının mühüm dərəcədə artdığını bildirib.
Ötən bir neçə həftə ərzində çoxlu qəzalar olub. İyunun əvvəlində Liviyadan yola düşən gəminin batması ilə 10 nəfər suda boğulub, 39 nəfər isə xilas olunub. Həmin hadisədən bir neçə gün əvvəl hava ilə doldurulan motorlu qayıqda İtaliya sahillərinə keçən 3 nəfər batıb. Mərkəzi Afrika Respublikasından gələn 4 miqrant isə qayıqlar arasındakı kəndir nərdivandan keçərkən yıxılıb ölüblər.
Ötən il 400 nəfərin ölümü ilə nəticələnən iki gəmi qəzasından sonra Roma «Mare Nostrum» adlı əməliyyata başlayıb. Təhlükədə olan insanları tapmaq üçün donanma Aralıq dənizində patrulluq edir. Buna baxmayaraq, növbəti həftələrdə minlərlə miqrantın Liviya sahilindən yola düşəcəyi haqqında xəbərlər yayılıb. Bundan sonra İtaliyanın daxili işlər naziri Angelino Alfano aparılan əməliyyatlara Avropanın da qoşulmasını təklif edib.
Ötən həftə «Save The Children» beynəlxalq humanitar təşkilatı bu il gələnlərin 9000-dən çoxunun uşaq olduğunu bildirib. Onlardan bəzilərinin yaşı 5-dən aşağı olub. Təşkilat uşaqların azı üçdə birinin təkbaşına səfər etməsi ilə bağlı xəbərdarlıq edib.