İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:52 | 1 iyul 2014 | Çərşənbə axşamı
Məqaləyə 1456 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranı sanksiyalardan çıxaracaq danışıqlar yenidən masadadır. İran bu danışıqları aparmaqda ona görə maraqlıdır ki, uranın zənginləşdirməsini sülh məqsədli olduğunu sübuta yetirsin və ölkəni iqtisadi tənəzzülə aparacaq beynəlxalq sanksiyalardan canını qurtarsın.
ANS TV-nin məlumatına görə, Avstriyada İran və beynəlxalq qüvvələr arasında nüvə proqramı ilə bağlı danışıqlar başlayıb. Artıq danışıqlar demək olar ki, həlledici məqama daxil olub. Birləşmiş Ştatlar, Böyük Britaniya, Çin, Rusiya, Fransa və Almaniyadan ibarət altılıq ölkləri ilə İran arasında bir neçə ay əvvəl əldə olunan razılaşma əsasında rəsmi Tehran iyulun 20-dək uranın zənginləşdirilməsi prosesini mövcud 20 faizdən 3 faizədək salmalıdır. Yalnız bunun müqabilində o, sanksiyalardan yaxa qurtara bilər. İran prezidenti Həsən Ruhani xalqını əmin edib ki, sanksiyalar bir daha bərpa olunmayacaq.
İran prezidenti Həsən Ruhani: «Biz nə etdiyimizi bilirik. Bizim nümayəndə heyətimiz yüksək səviyyəli mütəxəssislərdən ibarət komandadır. Biz xalqı əmin etmək istəyirik ki, «sanksiyalar boğçası» artıq qırılıb. Və heç kim, heç bir usta bu boğçanı təmir edə bilməz».
Altılıq ölkələri İranın nüvə proqramının nüvə silahının hazırlanması məqsədilə həyata keçirildiyini iddia edir. Rəsmi Tehran isə bu proqramın yalnız dinc məqsədlərlə icra olunduğunu bəyan edir.