
“Yox artıq!” dedirtdi
Əli Kərimli Fransaya görə Bakını ittiham edir
Əli Kərimli Fransaya görə Bakını ittiham edir
“Səhər” kanalının diqqət mərkəzində olan Əli Kərimli Tehranın sifarişi ilə işləyir?
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
Ermənilər təxribata çalışdılar, azərbaycanlı deputatlardan cavab aldılar
Amerikadakı Cin Azərbaycan əleyhinə fəlakət projesi hazırlığında
AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi
ATƏT-in Parlament Assambleyası Azərbaycana qarşı qətnamədən imtina etdi
Rusiya Maydan hərəkatının memarı hesab edilən Ştefan Fülenin baş katib seçilməsinə qarşıdır
Mühacir jurnalist partiya üzvü olan gəncə qarşı dələduzluq edib; işin içində turizm şirkəti də var
Əli Kərimlinin müşavirinin oğlu başda olmaqla partiya üzvləri məşhur jurnalisti təhdid və təhqir edib
Lapşinlə bağlı məsələ qaldıran erməni deputatın cavabı verildi
Azay Quliyev: «Güclü dövlətlətr zəif həlqə axtarır ki, ...»
Əli Kərimli haqqında indiyə kimi bilinməyən sirrlər
«Qədirbilən övlad» kimə təşəkkür etməlidir?
Siyavuş Novruzovdan Əli Kərimliyə çətin sual
«Gör nə gündədirlər ki, Tural Abbaslı başqanlığa namizəd seçilib»
«Əli Kərimli üçün ATƏT PA-nın keçirdiyi nüfuzlu tədbir palatka toyu deyil, bu cür tədbirlərin keçirildiyi binada görüşlər üçün öncədən rəsmi qeydiyyatdan keçməli idi».
Vaxt.az xəbər verir ki, bunu «Trend»ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı səslənən ittihamları şərh edərkən deyib. S.Novruzov bildirib ki, bütün dünyada beynəlxalq tədbirlər keçiriləndə, orada görüşlər keçirmək istəyən şəxs qabaqcadan qeydiyyatdan keçməlidir: «Bütün nüfuzlu beynəlxalq tədbirlərdə rəsmi dəvət olunan şəxslərdən başqa digər şəxslərin binanın 50 metrlik məsafəsinə yaxınlaşmasına icazə verilmir. Əli Kərimli ya bunu bilmir, ya da bilərəkdən dezinformasiya yaymaqla məşğul olur».
YAP rəsmisi hesab edir ki, Əli Kərimli ittihamları ilə özü-özünü təkzib edir: «Əgər buna avropalı deputatlarla görüşə qadağa qoyulubsa, sonra kafedə keçirdiyi görüşə niyə maneçilik törədilmədi? ATƏT PA-nın sessiyasında 600 nəfərdən artıq nümayəndə iştirak edir, orada hər kəs özünün siyasi baxışına, dostluğuna görə görüş təşkil etsə, tədbir keçirmək olmaz».
S.Novruzov AXCP sədrinin ittihamlarını yalan, böhtan adlandırıb və hesab edir ki, Əli Kərimlinin məqsədi təxribat törədib beynəlxalq tədbirlərin işini pozmaqdır: «Çünki Əli Kərimli kimiləri görür ki, artıq Bakı nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrilib, güclü təşkilatçılıq mövcuddur, başlayır narahat olmağa. Bunu görəndə bir erməni lobbisi narahat olur, bir də Əli Kərimli, Leyla Yunus kimiləri. Bu, onu göstərir ki onlar eyni mənbədən bəhrələnirlər».
Qeyd edək ki, Əli Kərimlinin ATƏT PA-nın sessiyasının keçirildiyi zalda avropalı deputatlarla görüşünə icazə verilməyib. O, bununla bağlı Azərbaycan hökumətini ittiham edib.