
Süni intellektə inanıb boşandı
“ChatGPT”nin qəhvə falı 12 illik evliliyi dağıtdı
“ChatGPT”nin qəhvə falı 12 illik evliliyi dağıtdı
BVF eskalasiya barədə xəbərdarlıq edir
Afina çoxqatlı müdafiə günbəzini gücəndirir
Azərbaycanın ŞKTC-ni tanıyacağı gün uzaqda deyil
Mərkəzi Asiya ölkələri Ankara ilə Brüssel arasında incə balans axtarışında
“Artımın ləngidiyi bir vaxtda qlobal mənzərə üçün açıq risk yaradır”
Türkiyənin Şimali Kiprə yerləşdirdiyi radar sistemi ilə Yunanıstanı təlaşlandırıb
Cənubi Kipr yunan administrasiyasında Türkiyə əleyhinə təşkilatlanma
Dövlət sektorundakı dərin korrupsiya Yunanıstana ildə 14 milyard avro ziyan vurur
Liderlər Avropanın müdafiəsini və rəqabət qabiliyyətini artırmağın vacibliyini vurğulayıb
Almaniya hökuməti mailyyələşdirdiyi nüvə silahının düyməsini Makronun nəzarətinə verəcəkmi?
“Huawei”dən pul almaq iddiaları ilə bağlı üç Avropa Parlamenti məsləhətçisinin otağı möhürlənib
İyirmiyə yaxın axtarış aparılıb
Avropa Parlamentinin qərəzi erməni lobbisinin təsirinin növbəti təzahürüdür
“Heç kim Putinə qarşı Ərdoğan kimi oynaya bilmədi”
Brüsselin son ümidi Türkiyəyə bağlıykən yunan baş nazir qaşınmayan yerdə qan axtarır
05.07.14 - Əvəzində səhiyyə və dərman məhsulları ucuzlaşdırılacaq...
Yunanıstan hökumətinin iyulun 4-də verdiyi açıqlamaya əsasən, hökumət səhiyyə və formaseptika məhsullarına qiymətlərin aşağı salınması ilə bağlı islahatların keçirilməsi səbəbindən yeni maliyyə yardımını almağa hazırdır. Məlumatı «Reuters» xəbər agentliyi yayıb.
Yunanıstanın maliyyə naziri «Avroqrup» İşçi Qrupunun konfransında iştirakı zamanı bildirib ki, 1,36 milyard dollarlıq maliyyə yardımı ilə bağlı müzakirələr davam edir. Aİ maliyyə nazirlərinin məsələ ilə bağlı yekun qərarının növbəti həftə keçiriləcək görüşdə verilməsi gözlənilir.
Qeyd etmək lazımdır ki, bu qərar hökumətə yeni bir nəfəs olacaq. Belə ki, bəzi ölkədaxili prosesləri idarə edə bilməmək səbəbindən müəyyən islahatları gecikdirən hökumət Beynəlxalq Valyuta Fondu tərəfindən sərt tənqid edilmişdi. Sözügedən qarışıqlıq isə Avropa Parlamenti seçkilərində solçu-müxalif «Siriza» partiyasının baş nazir Antonis Samarasın partiyası üzərində qələbəsindən sonra başlamışdır.
Maliyyə yardımı həmçinin Yunanıstan hökumətinə aprel ayında beynəlxalq bazarlarda qazandıqları müvəffəqiyyətdən sonra ikinci dəfə qiymətli kağız buraxılışına icazə verəcək. Xatırladaq ki, ölkə son 4 ildə bu sahə ilə bağlı uğurlar qazanmırdı.
Rəsmi Afina qiymətli kağızların bazara buraxılışını avqust ayına planlayıb. Qiymətli kağızların dəyəri və davamlılığının 7 ilə kimi 2-3 milyard avro qədər olacağı gözlənilir.
6 illik tənəzzülə baxmayaraq, son aylarda Yunanıstan investisiya sektorunda dönüş etmişdir. Lakin hələ də ölkənin 2010-cu ildə islahatlarda gecikdirmə və uyğunsuzluğu səbəbindən reputasiyasında qara ləkələr qalmaqdadır.
Növbəti 1 milyard avroluq yardımı almaq üçün Yunanıstan hökuməti onun əsas elektrik enerji istehsalçısı «PPC»-nin bir qisminin satılması tələbi ilə üz-üzədir.