“Rəngli inqilab”ların köhnəlmiş ssenarisi
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
21:45 | 2 yanvar 2013 | Çərşənbə
Məqaləyə 2127 dəfə baxılıb
Şriftin ölçüsü
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
Biri onun qulağına pıçıldasın ki, ...
AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi
Mühacir jurnalist partiya üzvü olan gəncə qarşı dələduzluq edib; işin içində turizm şirkəti də var
Əli Kərimlinin müşavirinin oğlu başda olmaqla partiya üzvləri məşhur jurnalisti təhdid və təhqir edib
Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»
Əli Kərimli haqqında indiyə kimi bilinməyən sirrlər
«Qədirbilən övlad» kimə təşəkkür etməlidir?
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
Müsavatçılar necə aldadıldı?
Qubad İbadoğlu yeni hərəkat yaradıldığını bəyan etdi
Rövşən Qəmbər: «Aprel ayında Qubad bəyin tərəfdarları ilə yeni partiya yaradacağıq»
Vurğun Əyyub: «O zaman da Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə 3 səs artıq qazandı»
Daha bir hay-küylü istefa
«Vicdanınıza və şərəfinizə and içərək...»
Qubad İbadoğlu: «... o barədə məlumatı bölüşəcəyik»
Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini sərt tənqid edib. Eks-spiker prezident seçkilərində müxalifət liderlərinin, xüsusən də İsa Qəmbər və Əli Kərimlinin qalib gəlmək potensialının olmadığını deyib. R.Quliyev həmçinin qeyd edib ki, o, İctimai Palatada baş verən hadisələri ümumiyyətlə izləmir və bu, onun diqqət mərkəzində deyil.
R.Quliyevin bəyanatına münasibət bildirən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu musavat.com-a açıqlamasında bildirib ki, nəinki İsa Qəmbər və Əli Kərimli, hətta müxalifətin daha az tanınan nümayəndələri də azad və ədalətli seçkilərdə qalib gəlmək şansına malikdirlər. Onun sözlərinə görə, ədalətli seçkilərdə seçicilər hazırkı hakimiyyətin namizədinə səs verməyəcəklər. O ki qaldı hazırkı şəraitə, Tofiq Yaqublu hesab edir ki, belə vəziyyətdə hansısa alternativ namizədin qalib gəlməsi qeyri-mümkündür: «Normal seçki mübarizəsi üçün Azərbaycanda ciddi ictimai-siyasi dəyişiklik olmalıdır». Müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı polemikalara gəldikdə, Tofiq Yaqublunun fikrincə, bu statusa ən layiqli namizədlər İsa Qəmbər və Əli Kərimlidir. T.Yaqublu Rəsul Quliyevin guya nə vaxtsa müxalifət liderlərini «bir tavan altına toplamaq» səyləri ilə bağlı fikirlərinə də münasibət bildirib. Onun sözlərinə görə, R.Quliyevin belə səylərini xatırlamır. Əksinə, ACP lideri hər zaman müxalifət daxilində nifaq salmağa, mübariz insanları ruhdan salmağa yönələr bəyanatlar verib: «Onun çıxışları həmişə bədbin ruhda olub. Mən Rəsul bəyə məsləhət görərdim ki, Azərbaycana gəlməyə, ölkədə demokratik mühitin yaranmasına çalışsın, ruh düşkünlüyü yaratmağa yox».