vaxtlı-vaxtında oxuyun! Cümə, 5 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
Meri yuxudan oyadan cərimələndi 20:17 | 15 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meri yuxudan oyadan cərimələndi

37 avro ziyana düşən şəxs məhkəməyə baş vurub

Pərvanə QARAYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Moraviyada şəhər administrasiyasının merini gecənin bir aləmində oyadan sakin min krona (37 avro) cərimə olunub. Qonşular musiqiyə ucadan qulaq asdıqları üçün yata bilməyən bir kişi kömək üçün polisə müraciət edib. Polisdən rədd cavabı alan sakin düz şəhər merinin evinə gedib. Yad bir adamın gecədən keçmiş bütün ailəsinin yuxusuna haram qatmasından hiddətlənən mer gecə qonağının cərimələməsinə nail olub.

Ağlı başına gəlməyən şəxs indi də cərimənin ləğv olunmasına çalışır. O, artıq məhkəməyə müraciət edib. İndi isə ictimai hüquq müdafiəçisindən yardım istəyir. Ombudsmanın müavini Stanislav Krjeçek hadisəni təhlil edərək bildirib ki, cəriməni qanunsuz saymır. «Gecə sakitliyinin» pozulması barədə işə baxmaq polisin səlahiyyətinə aiddir. Şəhər meri rəsmi şəkildə yerli polisin rəhbəri olsa da, hər halda gecələr onu narahat etməyə dəyməz.