
Simulyasiyalar qorxutdu
Avropa yaxın gələcəkdə özünü müdafiə edə bilməyəcək
Avropa yaxın gələcəkdə özünü müdafiə edə bilməyəcək
CDU-dan sosial yardım açıqlaması
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
Ölkədə biotəhlükəsizlik həyəcanı verildi
Cəriməsi 50 min avrodur
Avropa mədəniyyəti deyildiyi kimi deyilmiş
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Avropada avtomobil sürərkən radar tətbiqi istifadə edənlər diqqətli olsun
Avropada potensial müharibəyə qarşı köhnə qatarları səhra hospitalına çevirir
Avropanın sonuncu isti dalğasında ölümlər üç dəfə artdı
Hollandiya, Almaniya və Avstriyaya tətilə gedənlər üçün xəbərdarlıq
“Dönər kabab”ın hansı meyarları var?
Tunellər qazıb elektrik enerjisini kəsirlər
«Breygel» («Breugel») analitik mərkəzinin hesablamalarına görə, Avropa İttifaqının 28 üzv ölkəsindəki iş yerlərinin yarıdan çoxu yaxın onilliklər ərzində texnologiyanın inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək. Məlumatı «EurActiv» xəbər portalı yayıb.
«Breygel» öz hesablamalarını Frey & Osbor-nun 2013-cü ildəki məlumatları ilə əsaslandırır. Hesablamalarda bildirilir ki, bütün əsas texnoloji nailiyyətlər, xüsusilə maşın tədqiqatı, süni intellekt və mobil robot texnikası sahəsindəki nailiyyətlər hər şeydən əvvəl ənənəvi olaraq avtomatlaşdırmadan özünü sığortalamış azödənişli, aşağı bacarıq tələb edən sektorlara təsir edəcək. Lakin bunun Şimali Avropa İttifaqı ölkələrinə öz qonşularından fərqli olaraq, daha az təsir göstərəcəyi proqnozlaşdırılır. «Breygel»ə görə, kompüterləşmənin iş yerlərinə ən az toxunacağı ölkələr İsveç (46.69 faiz), onun ardınca Böyük Britaniya (47.17 faiz), Hollandiya (49.50 faiz) və Fransa ilə Danimarka (hər ikisi 49.54 faiz) olacaq. Bundan ən çox zərər çəkən ölkələr isə Rumıniya (61.93 faiz), Portuqaliya (58.94 faiz), Xorvatiya (57.9 faiz) və Bolqarıstandır (56.56 faiz).
Ehtimal olunur ki, texnoloji dəyişikliklər yaxın illərdə iqtisadi siyasətin Avropanın İKT sahəsində kəskin dəyişikliklərlə nəticələnən əsas problemi olacaq. «Empirica» məsləhətçilərinin verdiyi proqnoza görə, əmək bazarının yüksək pillələrində 2020-ci ilə qədər 900.000 boş yer qalacaq.
«Bu qiymətlərin nəyi ifadə etməsi siyasətçi üçün aydındır: biz texnologiya ilə qeyri-adi idrak məsələlərinin arasında dayanan ənənəvi çətinlikləri aradan çıxarmaq gücünə inansaq, onda texnologiyaya qarşı qorxu yaradan deyil, ondan qazanc əldə etməyə çalışan növbəti, təcrübəli işçi qüvvəsini təmin etməliyik. Belə bacarıqlar ən çox təhsil siyasətində avtomatlaşdırılmış problemin öhdəsindən gəlmək üçün müvafiq dəyişikliklərin zəruri olduğunu irəli sürən ictimai və yaradıcı ziyalıları ön plana çıxarır.
Avrobarometrin apardığı sorğuya əsasən, Avropa İttifaqı vətəndaşlarının dörddə bir hissəsi (23%) düşünür ki, aldıqları təhsil və təlim ixtisaslarına uyğun iş tapmaları üçün onlara lazımi bacarıqlar qazanmağa kömək etməyib.
Sorğu həm də onu göstərir ki, qonşu üzv ölkələrdə işləmək və ya oxumaq istəyən 6 faiz əhalinin ixtisası potensial işə götürən və ya ali təhsil müəssisəsi tərəfindən tanınmır. Yaxud da respondentlər öz ixtisaslarının xaricdə tanınması haqqında informasiya sarıdan çətinlik çəkirlər.