
“Eyni yolun yolçuları deyilik”
“Tənqid bir yana, fərqli fikirdən söhbət gedə bilməz”
“Tənqid bir yana, fərqli fikirdən söhbət gedə bilməz”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
Siyavuş Novruzov: «İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir»
«Məmurlar bizə «5-ci kolon» ritorikası ilə yox, ölkənin problemlərinin həllində tərəfdaş kimi baxmalıdır»
«Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var»
Trampın prezident seçilməsi dünya fondlarında zəlzələ effekti yaradıb
ABŞ-dakı seçkilərə Azərbaycan siyasətçilərindən reaksiyalar
İsa Qəmbər 4 iyun qiyamının yatırılmamasını Elçibəyin üzərinə yıxdı
İnşaat bölməsində tənəzzül getdikcə dərinləşir
«Hakimiyyətin ssenarisi» iddiasını özüm üçün təhqir hesab edirəm
«ABŞ-ın çox yüksək dairələrində Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar» - III (sonuncu) hissə
«…biz gərək partiyaya başqanlığına Arif Hacılını deyil, Yaşar Türkazəri seçəydik» (II hissə)
«Tofiq Yaqublu kimi bir şəxsi Divanda uşaq kimi danlayıblar»
Məsələ ilə bağlı «Qafqazinfo»ya açıqlama verən Arif Hacılı bildirib ki, bu, tamamilə əsassız xəbərdir: «Müsavat Partiyasının Divan iclasında və ya hər hansı bir toplantısında bu səviyyədə müzakirələr aparıla bilməz. Belə müzakirələr həmin xəbəri yayanların səviyyəsinə uyğundur».
Tural Abbaslı da xəbərin tamamilə uydurma olduğunu bildirib: «Müsavatda bu səviyyədə iclaslar heç vaxt olmayıb. Ola bilsin ki, iclas daxilində Hüseyn Məliklə bağlı hər hansı fikir səsləndirilib. Amma başqanı ittiham etmək xəbəri uydurmadır. Müşavirləri təyin etmək başqanın səlahiyyətindədir. O ki, qaldı namizədlər arasında yayılan xəbərə, bu da əsassızdır. Ola bilər ki, hər hansı texniki bir məsələdə fikirlər üst-üstə düşməsin. Amma bu o demək deyil ki, onlar bir-birinə qarşı belə ifadələr işlədiblər. Kiçik bir məlumat ətrafında uydurma, əsassız və şişirdilmiş bir xəbər yazıblar».
Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu da aznews.az-a açıqlamasında partiyada davanın olması xəbərini təkzib edib: Onun sözlərinə görə, mətbuatda avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında baş verənlər və barəsində yazılanlar həqiqəti əks etdirmir: ««Arif Hacılı ilə aramda belə bir konflikt olmayıb və əsla da ola bilməz. Bu yazılanların heç biri həqiqətə uyğun deyil. Sadəcə, bəzi insanlar belə xəbərləri məqsədli şəkildə özlərindən uydurublar. İclas keçirilib və normal şəkildə də davam edib».
Q. İbadoğlu iclasda Müsavat Partiyasının başqanı İsa Qəmbərin «Qurani-Kərim»ə and içməsi barədə yayılan xəbərə də aydınlıq gətirib: «Ümumiyyətlə, ortada Quran olmayıb. Mən nə Quran görmüşəm, nə də İsa bəyin ona and içməsini... Bu uydurma və şərdir. Məqsədli şəkildə həm partiyanın funksionerlərini gözdən salırlar, həm də qurultaya kölgə salırlar».
***
Əslində isə hadisə belə olub.
Avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası keçirilib. Partiya daxilindən «Bizim Yol»a verilən məlumata görə, iclas əvvəldən sona qədər qalmaqalla keçib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb.
A.Hacılı Q.İbadoğlunu «Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?» deyə ittiham edib.
Q.İbadoğlu isə «sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm» cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar.
Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə «bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin» cavabını verib.
Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: «Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq».
Buna cavabında İ.Qəmbər «Quran» çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın.
Sonda Arif Hacılının «başqan olmasam, partiyanı dağıdacam» hədəsi yenidən qalmaqala səbəb olub.