
“Qanı qarışmışlar”
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
Separatçılar baş naziri müvəqqəti fiqur sayırlar
Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?
“Paşinyan danışıqları dalana dirədi ...”
Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”
“Vaşinqton Tayms” yeni müharibə riskindən yazdı
Sərkisyanın istefasından keçən 1 ildə ...
Xəbər verildiyi kimi sentyabrın 21-də Ermənistan kağız üzərində mövcud olan müstəqilliyinin 25 illiyini qeyd edib və bu münasibətlə hərbi parad keçirib. Tədbirlər çərçivəsində prezident Serj Sərkisyan da ənənəvi olaraq hökumət və dövlət rəhbərləri ilə birlikdə İrəvandakı Yerablur panteounu ziyarət edib.
Virtualaz.org xəbər verir ki, bu ziyarət zamanı 25 illiyini qeyd edən «müstəqil respublika»nın vətəndaşlarının əslində prezidentə yalvarıb işıq pulunu ödəmək üçün pul istəyəcək qədər miskin durumda yaşadığını əks etdirən məqamlar yaşanıb.
«Aravot» qəzetinin yazdığına görə ziyarət zamanı jurnalistlər bir neçə dəfə Sərkisiandan xahiş etdilər ki, heç olmasa, bu bayram günündə prezident bir neçə suala cavab versin. Sərkisyan isə jurnalistləri qınayıb ki, onlar əvvəlcə bayramı təbrik edə bilərdilər. Bundan sonra jurnalistlər xorla prezidenti təbrik ediblər, prezident öz təşəkkürünü bildirib və...bundan sonra Sərkisyan arxasını jurnalistlərə çevirib, daha Qəzet yazır ki, Sərkisyan onun müxbirinin sualına da cavab verməyib. Sual isə belə idi: «Doğrudanmı biz tam müstəqilik?»
Həmin mərasimdə başqa maraqlı hadisə də olub. Qəzetin yazdığına görə qadınlardan biri ağlayaraq prezidentə yaxınlaşıb: «Mənə heç olmasa, 100 min dram verin ( 100 min dram 200 dollardır), gedim, işığın pulunu verim, yoxsa qaranlıqda qalacam.»
Sərkisyan isə qadının əlindən tutub, istəyib ki, qadın şikayətinə davam etməsin. Qadın pul istəməyə davam edəndə Sərkisyan əsəbiləşib : «Eşitdim də, vay! Mən artıq göstəriş vermişəm, daha nə istəyirsən? Dedim axı, mən artıq göstəriş vermişəm. Gedərsən Armenin yanına, o hər şeyi həll edər, vay!». Qəzet həmin anların videokadrlarını da təqdim edib. Sərkisyanın ona yalvarıb 200 dollar istəyən qadını hansı Armenin yanına göndərdiyi məlum olmur, çox güman ki, o, prezidentin köməkçilərindən biridir.