
«Apple» İrandakı populyar apps-ləri silir
ABŞ sanksiyalarına görə şirkətin bu ölkədə rəsmi dilleri yoxdur
ABŞ sanksiyalarına görə şirkətin bu ölkədə rəsmi dilleri yoxdur
Texnologiyanın 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir
«iPhone» istifadəçilərinin nəzərinə ...
«iPhone» istifadəçilərinin nəzərinə ...
«iPhone» istifadəçilərinin nəzərinə ...
«iPhone» istifadəçilərinin nəzərinə ...
Bu gün dünyanın ən dəyərli şirkətinə çevrilən, texnologiya aləminə daima inqilabi yeniliklər gətirən «Apple» 1 aprel 1976-cı ildə üç nəfər tərəfindən qurulmuşdu. Qurucularından biri olan Stiv Cobsu demək olar ki, bütün dünya tanıyır. Əgər texnologiya xəbərlərini və birjanı yaxından izləyirisinizsə Stiv Vozniakı da tanıyırsınız. Bəs Ronald Uaynı necə?
Ronald Uayn «Apple Computer» qurucularından biri və 10 faizinin səhmdarı idi. Ancaq Uaynın «Apple» macərası çox qısa davam etdi və o öz hissələrini 800 dollar dəyərində sataraq kənara çəkildi. Bu gün birjada onun səhmlərinin nə az-nə çox, 62.93 milyard dollar dəyəri var.
40 il əvvəl «Apple» qurulanda Stiv Cobs marketinq və şirkətin viziyonu ilə, Vozniak mühəndislik və xakerlik ilə məşğul olurdu. Ronald Uayn isə «Apple»nin ilk loqosunun yaradıcısı idi. O, həm də ortaqlar arasında imzalanan anlaşma mətninin də müəllifi idi.
Onun gördüyü işlər «Apple» üçün çox lazımlı idi. Vozniak öz avtobioqrafiyasında «Ron şirkətin qurulduğu ilk günlərdə inkişaf etməyimiz üçün böyük rol oynamışdı», - deyir.
Ronald bu işə qoşulanda 38 yaşı var idi və ortaqlarından daha təcrübəli idi. Onların iştahası və istedadına öz təcrübəsi və hüquqi prosedurlara hakim olması ilə köməklik edirdi. Ancaq Uayn verdiyi açıqlamaların birində Steve Jobs ilə işləməyin çətin və yorucu olduğunu demişdi.
Ronald Uayn «Apple Computers»dən ayrıldığı il şirkət 174.000 dollar qazanc əldə edir. Bir il sonra isə 2.7 milyon dollar qazanırlar. 1982-ci ildə, yəni 6 il sonra şirkətin dəyəri 1 milyard dollara çatmışdı. Əgər «Apple» şirkətinin bu gün dəyəri ilə müqayisə etsək onun 800 dollara satdığı hissələrinin dəyəri 58 milyard dollardan daha çoxdur.
Onun «Apple» ilə bağlı şansızlığı bununla da bitmir. 1990-cu illərin əvvəlində, 1976-cı ildə Cobs, Vozniak və öz imzası olan müqaviləni 500 dollara satmışdı. Həmin sənəd 2011-ci ildə hərracda 1.6 milyon dollara satılıb.