Neft qiymətləri yenidən yüksəldi
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
01:31 | 3 noyabr 2016 | Cümə axşamı
Məqaləyə 3275 dəfə baxılıb
Şriftin ölçüsü
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
İranın iddiası təkzib olundu
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Pezeşkian Vəhididən Xameneyiyə şikayət etmək istəyir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Hazırda Azərbaycana internetin ixrac və idxal həcminin 100 faizi İran ərazisindən həyata keçirilir. Virtualaz.org İranın MNA agentliyinə istinadən xəbər verir ki, bu ölkənin rabitə naziri Cavad Azəri Cahromi belə bir bəyanatla çıxış edib.
İran məmurunun sözlərinə görə, onun ölkəsi son vaxtlarda «bu sahədə beynəlxalq tranziti 5,6 dəfə yüksəltməyə müvəffəq olub».
Azərbaycandakı İKT sahəsi mütəxəssislərində bu bəyanat, yumşaq desək, çaşqınlığa səbəb olub. İş burasındadır ki, İran uzun illər boyunca bu sahədə inteqrasiya proseslərindən kənarda qalıb və çətin ki, belə qısa vaxtda bu cür irəliləyişə nail ola bilib. Bundan savayı, hansısa ölkə digər ölkənin internet axınının 100 faizinə nəzarət edirsə, bu hal informasiya təhlükəsizliyi baxımından məqsədəuyğun sayılmır.
Virtualaz.org məsələyə aydınlıq gətirilməsi üçün milli telekommunikasiya operatoru olan «Delta Telecom»a müraciət edib, lakin orada İrandan tranzit məsələsinə aid suala cavab verməkdə çətinlik çəkiblər və sualı şirkətin elektron poçtuna ünvanlamağı məsləhət görüblər.
Azərbaycan internet-forumunun prezidenti Osman Gündüz isə virtualaz.org-un müxbiri ilə söhbəti zamanı İranın rabitə nazirinin bəyanatından təəccüb hissi keçirdiyini bildirib.
Ekspertin sözlərinə əsasən, məhz «Delta Telecom» milli telekommunikasiya operatoru İrana internetin əsas ixracatçılarından biridir, əksinə deyil. Bu gün Azərbaycan hər hansı bir ölkənin internet axınından asılı vəziyyətdə deyil.
«Delta Telecom»un ən azı dörd alternativi var və bunların arasında Gürcüstan, Rusiya və Türkiyə ərazilərindən keçməklə marşrutlat mövcuddur», - Osman Gündüz deyib.