
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Dekabrın 11-də Güney Azərbaycanın ictimai-siyasi həyatının tarixində böyük rol oynayan «21 Azər» Hərəkatının 71-ci ildönümüdür. 1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə «21 Azər Hərəkatı» kimi düşüb.
Bu il də ötən illərdə olduğu kimi, «21 Azər Hərəkatı»nın ildönümü ərəfəsində Güney Azərbaycan və xaric ölkələrdə yaşayan mühacir azərbaycan türkləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilib, Güney şəhərlərində çox sayda CD və bildirilər yayılıb və İctimai-siyasi qurum və partiyalar Bəyanat yayaraq Azərbaycan Milli Hökumətinin xidmətlərini bir daha göz önünə gətiriblər. Bu tarixi gün bir neçə gündür sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
İran rejimi isə tarixi günün ildönümü ərəfəsində Azərbaycan Milli Hərəkatı fəallarına qarşı təzyiqləri artırıb və gözlənilən tədbirlər baş tutmasın deyə hökumət qüvvələri müxtəlif vasitələrdən istifadə edərək Milli Hərəkat fəallarını təqib və təzyiqlərə məruz qoyub.
Xatırladaq ki, 1945-ci il azər ayının 21-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. S.C.Pişəvəri 1947-ci ildə Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub. «S.C.Pişəvəri Milli Azadlıq Hərəkatının ən önəmli şəxslərindən biri olub. Onun yaratdığı hökumətin adı Azərbaycan Milli Hökuməti idi və bu, Azərbaycan tarixinə, milli oyanışa əvəzolunmaz töhfələr verib».
Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə bir sıra mühüm işləri həyata keçirib.Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi çoxlu işlər görüb. Milli Hökumət eyni zamanada aşağıdakıları həyata keçirib.
– Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
– Hökümət iri bankları milliləşdirdi;
– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı
– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
– Güney Azərbaycan Milli Ordusu yaradıldı.
Nəhayət ki, sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümət bir sıra xarici amillərlə yanaşı Tehran rejiminin qanlı müdaxiləsi və qətliamlar törətməsi nəticəsində 1946-cı il dekabrın 12-də (1325-ci il azər 21-də) süquta uğrayıb. Lakin Azərbaycan xalqı bütün fürsətlərdən istifadə edərək qurtuluş yolundakı milli mübarizəsini davam etdirməkdədir.