ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
14:39 | 13 dekabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 1414 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Günahkar iqlim dəyişikliyidir?
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
ABŞ dollarının indeksi (altı əsas valyutaya qarşı dinamikanı izləyən - red.) 0,5 faiz zəifləyərək 101,01 səviyyəsindədir. Buna səbəb avronun bahalaşmasıdır.
Avro bugünkü ticarət sessiyasında 0,7 faiz bahalaşaraq 1,0633 dollar səviyyəsində ticarət olunur. Avronun bahalaşdıran amil Almaniyanın dövlət istiqrazlarının gəlirliliyinin artması və rəsmi Romanın xeyli müddətdir bir sıra çətinliklərlə üzləşən İtaliyanın «Monte dei Paschi di Siena» bankına zəruri dəstəyin verməsinə hazır olmasıdır.
Dollar Yaponiya yeninə qarşı da dəyişməzdir - 1 dollar 115,25 yen səviyyəsindədir.
Sözsüz ki, bazar iştirakçılarının diqqəti bu gündən etibarən başlayan Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iki günlük iclasına yönəlib. Bazar iştirakçıları hesab edir ki, iclasın yekununda 2017-ci ildə uçot dərəcəsinin artım tempinə işarə olunacaq. Bununla yanaşı, treyderlər Donald Trampın prezident seçkilərindəki qələbəsinin FED-in inflyasiya və iqtisadi artımla bağlı proqnozunu dəyişib-dəyişmədiyini bilmək istəyir.
«FedWatch« proqramının məlumatlarına əsasən, FED-in bu il üzrə son iclasında uçot dərəcəsinin artırılması ehtimalı 97 faizdir. (fins.az)