İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:32 | 3 yanvar 2017 | Çərşənbə axşamı
Məqaləyə 1305 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli yanvarın 2-də ölkə ostandarları ilə görüşərək qarşıdan gələn prezident seçkilərindən və ölkə lideri Əli Xamneyinin bu barədə ona verdiyi tapşırıqlardan danışıb.
Nazir bildirib ki, o bu yaxınlarda Xamneyi ilə görüşüb və ondan növbəti prezident seçkilərinin keçirilməsi ilə bağlı tapşırıqlar alıb: «Son günlər ölkə lideri ilə görüşümdə o seçkilərdən danışdı. Ölkənin dini lideri mənə tapşırdı ki, qarşıdan gələn prezident seçkiləri əvvəlki seçkilər kimi sağlam və təhlükəsiz bir şəraitdə, qanuna riayət olunaraq, ölkə əhalisinin əksəriyyətinin iştirakı ilə keçirilməlidir».
Əbdülrza Rəhmani Fəzli, həmçinin ölkənin daxili təhlükəsizliyinin təmin edilməsində ostandarların üzərinə düşən vəzifəsinə də toxunub: «Hazırda ölkəmizdə olan təhlükəsizlik və əmin-amanlıq, bölgə üçün nümunəvidir. Bu baxımdan ölkə yaxşı durumdadır və ona sabitlik hakimdir. Hesab edirəm ki, bütün ostandarlar düzgün tədbirlər görərək bu təhlükəsizliyi qoruyub saxlamalı, onunla bağlı problemləri aradan qaldırmağa çalışmalıdır.
Biz həssas seçkilər mərhələsinə yaxınlaşırıq. Elə buna görə də siyasi qrupların və ya hansısa şəxslərin hər hansı bir bəhanə ilə bu təhlükəsizliyə xələl gətirilməsi qəbuledilməzdir. Şübhə yoxdur ki, bu kimi hərəkətlərin qarşısı alınacaq. Düşünürəm ki, siyasi cərəyanların heç birinin düşünülməmiş addımlar atmağa, bu təhlükəsizliyi pozub ona xələl gətirməyə haqqı yoxdur».
Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 2017-ci ilin iyununda (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.