İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:51 | 6 yanvar 2017 | Cümə
Məqaləyə 1160 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın Xuzistan əyalətində yerli ərəblərin müstəqilliyi uğrunda mübarizə apardığını bildirən müxalif ərəb təşkilatı, yanvarın 3-də iki neft borusunu partlatdıqları haqda məlumat yayıb.
Özünü, «Əl-Əhvaz Qurtuluş Ərəb Hərəkatı» adlandıran bu qrup, rəsmi saytında yaydığı məlumatda bildirib ki, hərəkata bağlı qüvvələr yanvarın 3-də Əmidiyyə və Əl-Delmon (Deyləm) şəhərlərinin yaxınlığından keçən iki neft boru kəmərini partladaraq sıradan çıxarıblar. Bildirilir ki, hər iki partlayış nəticəsində Xark adasına neftin nəqli tamamilə dayandırılıb.
Hər iki partlayışdan video görüntülər yayan müxalif qrup bildirib ki, partlayışları, İran Neft Nazirliyinin əyalətdə neft və qaz yataqlarının genişləndirilməsi üçün tender elan etməsinə və bu məqsədlə 29 avropalı neft şirkətini tenderə cəlb etməsinə cavab olaraq törədib. Qrup bildirib ki, gələcəkdə bu kimi partlayışların sayını artıracaq.
İranın Daxili İşlər Nazirliyinin sözçüsü Salman Samani yanvarın 4-də jurnalistlərə açıqlamasında iki neft boru kəmərinin partladılması ilə bağlı yayılan məlumatları təkzib edib.