3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
20:55 | 17 fevral 2017 | Cümə
Məqaləyə 1555 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Cinayət işi Ohanyanın oğluna açıldı
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
Ermənistanın keçmiş müdafiə naziri, Raffi Ovanisyan və Vardan Oskanyanla birlikdə seçki bloku formalaşdırıb müxalifət qimində aprelə təyin olunmuş parlament seçkilərində iştirak etməyə hazırlaşan general Seyran Ohanyan Qarabağda kabinetində döyüldüyünü etiraf edib.
Virtualaz.org xəbər verir ki, Ohanyan bu haqda İrəvanda keçirdiyi mətbuat konfransında danışıb.
Ohanyanın bildirdiyinə görə hadisə onun Dağlıq Qarabağda «müdafiə naziri» olduğu dövrdə, 2005-ci ildə baş verib. Onu döyən isə hazırda həbsdə olan Qarabağ müharibəi veteranı, ötən ilin yayında İrəvanda polis polkunu ələ keçirən «Sasna Tsrer» qruplaşmasının üzvü Pavlik Manukyan idi.
Bildirilir ki, Ohanyanı kabinetində döydüyü haqda Pavlik Manukyan özü danışıb. Jurnalistlər bu haqda keçmiş müdafiə nazirinə sual veriblər. Ohanyan hadisəni təsdiqləyib. «Bəli, 2005-ci ildə mənimlə Qarabağ müharibəsi veteranı Pavlik Manukyan arasında münaqişə olub. Və doğrudur ki, insident mənim iş kabinetimdə baş verib... Şəxiyyətlərarası münasibətlərdə səhvlər olmuşdu, ondan sonra biz Pavlik Manukyanla uzun işlər gördük. Aramızdakı gərginliyi aradan qaldırmağa nail olduq», - Ohanyan bildirib.