Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:10 | 13 mart 2017 | Bazar ertəsi
Məqaləyə 627 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Rusiya trilyon dollardan çox itki verib
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
NATO-nun baş katibi Yens Stoltenberq alyansın iki üzvü - Türkiyə və Niderlandı gərginliyi azaltmağa çağırıb. Y.Stoltenberq hər iki tərəfi qarşılıqlı hörmətə, sakitliyi qorumağa və gərginliyi azaltmağa səsləyib.
Məsələ ilə bağlı Avropa İttifaqının (Aİ) rəsmiləri də bəyanat yayıblar.
Aİ komissarları Federika Mogerini və Yohannes Han tərəfləri bir-birinin əleyhinə fikirlər səsləndirməməyə çağırıb:
«Son günlərdə Türkiyə və bəzi Aİ ölkələri arasında yaşanan gərginlikdən sonra vəziyyəti daha da çətinləşdirməkdən çəkinmək və sakitlik yaratmaq üçün yollar tapmaq lazımdır».
Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.
Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri «arzuolunmaz şəxs» elan edərək ölkədən çıxarıb.
Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə iki nota ünvanlayıb. («Trend»)