
Gələcəyin yolu
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
... Virtual dünyanın fenomen “şahı”
Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil
Türkiyə və Azərbaycan İran məsələsində eyni mövqedən çıxış etməlidir, amma ...
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Aprelin 14-ü axşam saatlarında Güney Azərbaycanın Azərşəhr, Əcəbşer, Marağa, Binab, Sarab, Təbriz, Urmiya, Üşnəviyyə və Sulduz kimi şəhərlərində baş verən sel fəlakəti çox sayda insanın ölümünə səbəb olub.
Bazar günü yayılan açıqlamalara görə, Azərbaycan şəhərlərində təbii fəlakət nəticəsində ölən şəxslərin sayı 43-ə çatıb. Onlardan 42-i Şərqi Azərbaycan və 1-i Qərbi Azərbaycan sakinidir.
Bu barədə bazar günü Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbistəri məlumat verib. «Azərşəhrdə 22, Əcəbşerin Çinar kəndində isə 20 nəfər itkin düşmüşdür, hal-hazırda Azərşəhrdə 19, Əcəbşerdə isə 18 cəsəd tapılıb. İtkin düşən 5 nəfərin axtarışı isə davam edir», - deyə o bildirib.
Daxili İşlər Nazirinin müavini və Böhran Müdiriyyəti Təşkilatının rəisi İsmail Naccar isə bildirib ki, Çinar kəndində 12 ailənin evi tamamilə dağılıb, 18 evə də ciddi ziyan dəyib.
Şərqi Azərbaycanın Vilayətlərin Ali Şurasındakı nümayəndəsi Behnam Mofzefi də sel fəlakətinin bölgəyə vurduğu ziyandan danışıb. «Təbii fəlakət bölgəsində 105 ailə evsiz qalıb. Azərşəhr və Əcəbşerin iki qonşu kəndində yaşayan 100 ailənin evi daşqınlar altında qalaraq sıradan çıxıb, 5 ev isə Təbriz ətrafında sular altında qalaraq məhv olub», - deyə o bildirib.
Şərqi Azərbaycan nümayəndəsi həmçinin vurğulayıb ki, onların araşdırmasına görə selə məruz qalan əkin sahələrində 60 il müddətinə heç nə əkib-becərmək mümkün olmayacaq. Bu, daşlı-palçıqlı selin bölgəyə vurduğu ciddi ziyanla bağlıdır.
Qərbi Azərbaycan Vilayətində yol və körpülər, su təsisatı və həmçinin kənd təsərrüfatına 1 trilyon 775 milyard rial (54,7 milyon dollardan çox) məbləğində ziyan dəyib. Bu barədə Qərbi Azərbaycanın Nəqliyyat və Yol İdarəsi, Qərbi Azərbaycan Kənlər üzrə Su və Kanalizasiya İdarəsi və Qərbi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatı tərəfindən qısa açıqlama yayılıb. Məlumata görə, Qərbi Azərbaycan Vilayətinin yollarına 250 milyard rial, kəndlərin su təsisatına 25 milyard rial və kənd təsərrüfatı sahəsinə 1500 milyard rial məbləğində ziyan dəyib.
Bu arada cümə günü baş verən güclü qasırğa Ərdəbil, Səreyn və Meşginşəhrdə (Xiyov) su və elektrik təsisatına ciddi ziyan vurub, bir sıra elektrik dirəklərini yerə yıxıb, nəticədə bəzi məntəqələrdə elektrik enerjisi kəsilib.
Azərbaycan türk millətinin təbii fəlakət nəticəsində verdiyi can və mal itkisi görünür ki, yenə də irqçi qüvvələrə fərqli təsir bağışlayıb. Qızıl Aypara Cəmiyyətinin yüksək rütbəli məsulları və İran Böhran Mərkəzi Təşkilatının müdiriyyəti sel fəlakətində dünyasını dəyişənləri «Seyr etməyə qurban gedənlər» «Gəzintiyə çıxanlar» və s. kimi adlarla təqdim edir. «Şəhrvənd» qəzeti isə hadisəyə görə başsağlığı vermədən «Sel hadisəsində ölənlər, bütün xəbərdarlıqlara baxmayaraq şəkil çəkmək üçün çayın ətrafına toplaşdılar» başlığı altında xəbər yayaraq bir çox azərbaycanlının narahatlığına və kəskin etirazına səbəb olub. «Həmşəhri» qəzeti isə «Hadisə qurbanları seli seyr etməyə getmişdilər» başlığı ilə xəbər yayaraq təbii fəlakət nəticəsində ölənləri öz cahillik və nadanlıqlarının qurbanı olduğuna eyham vurub. Ayrı-seçkilik münasibəti rejimin də yanaşmasında özünü göstərir. Valilik Şərqi Azərbaycanda matəm elan etsə də, İran hakimiyyəti sadəcə başsağlığı verməklə kifayətlənib və ölkə üzrə matəm günü elan olunmayıb. Lakin «Plasko» binasının çökməsi kimi oxşar hadisələrdə rejimin yanaşması tam başqa şəkildə olur. «Plasko» binası çökdüyü zaman ölkə üzrə matəm elan olundu, Teleradio Şirkəti və digər mətbuat orqanları hadisənin təfərrüatını 6 gün geniş şəkildə işıqlandırdılar. Lakin bu münasibət hər zaman olduğu kimi Azərbaycanda hiss olunmadı.