vaxtlı-vaxtında oxuyun! Bazar, 11 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
Kremlin sabotaj dəlilləri artır 18:47 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 1149 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlin sabotaj dəlilləri artır

Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iki məxfi sənəd aşkar edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Rusiya hökumətinin və Vladimir Putinin nəzarətində olan analitik mərkəzin 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə hazırladığı üzə çıxıb.

Hazırda iş başında olan 3 və istefada olan 4 ABŞ rəsmisi «Reuters» agentliyinə bildiriblər ki, Moskvada mənzillənmiş Strateji Tədqiqatlar İnstitutunda hazırlanmış iki məxfi sənəddə ABŞ seçkisini Trampın xeyrinə əymək və amerikalı seçicilərin öz ölkələrinin seçki sisteminə inamını sarsıtmaq məqsədilə tövsiyələr verilir.

Bu da xəbər verilir ki, sözü gedən iki məxfi məktub Amerika xüsusi xidmətlərinin əlinə ABŞ seçkisindən sonra keçib.

Ötən iyunda yazılmış birinci məktub Rusiya hökumətinin ən yuxarı eşelonunda olan rəsmilər arasında yayılıb.

Bu məktubda Kremlə sosial media və Rusiya tərəfindən dəstəklənən qlobal xəbər qurumlarında Amerika seçicilərinin Rusiyaya münasibətdə daha yumşaq mövqe tutan namizədi dəstəkləməsinə sövq edilməsi tövsiyə olunurdu.

Oktyabr ayında hazırlanmış və Rusiya hökumət idarələrində dar çevrədə eyni qaydada dövriyyə etdirilmiş ikinci sənəddə bildirilirdi ki, ABŞ seçkisində Hillari Klinton qalib gələ bilər. Buna görə də həmin məktubda Trampın təbliğatını dayandırmaq, ABŞ seçki sisteminin leqallığı barədə şübhə yaratmaq, habelə Klintonu gözdən salmaq tövsiyə olunurdu.

Hazırkı və keçmiş ABŞ rəsmiləri adlarının çəkilməməsi şərtilə danışıblar, çünki haqqında bəhs edilən iki sənəd «məxfi» qrifi daşıyır.

ABŞ xüsusi xidmətləri bu məktublar barədə hər hansı şərh verməkdən imtina ediblər.

«The Guardian» yazır ki, Putin ABŞ seçkisinə müdaxilə etdiyinə dair iddiaları rədd edir. Sözügedən iki məktub barədə Rusiya Strateji Tədqiqatlar İnstitutuna və Kremlin sözçüsünə şərh üçün edilmiş müraciətlər cavabsız qalıb.

Məqalədə deyilir ki, məhz bu sənədlər Obama administrasiyasını, Rusiyanın ABŞ seçki kampaniyasına «saxta xəbər» və haker hücumu təşkil etdiyinə inandırmışdı.

«Putin qarşısına məqsəd qoymuşdu və instituta onun üçün yol xəritəsinin hazırlanması göstərişini vermişdi», - deyib keçmiş vəzifəli Amerika təhlükəsizlik rəsmisi.

Dörd Amerika rəsmisi bildiriblər ki, iyun ayında hazırlanmış məktub Putin administrasiyasının hələ 2016-cı ilin martından başlatdığı kampaniyanın genişləndirilməsini tövsiyə edirdi.

Məhz bu vaxtdan etibarən Kreml «Russia Today» və «Sputnik» xəbər agentlikləri də daxil dövlət beynəlxalq media qurumlarına Trump-ın namizədliyini qızğın dəstəkləmək komandası vermişdi.

«Russia Today» iddialar barədə sorğulara cavab verməyib, «Sputnik» isə onları «yalan yığını» adlandırıb.

«The Guardian» yazır ki, «Russia Today» və «Sputnik» ABŞ prezident seçkisinin kampaniyası zamanı anti-Klinton materialları dərc edir, Kremlyönlü bloqqerlər isə Klintonun qələbəsinin ədalətli ola biləcəyini şübhə altına alan «Twitter» kampaniyası aparırdılar.

Məsələn, «Russia Today» Klinton barədə hazırladığı videoda iddia edirdi ki, Klintonlar xeyriyyəsinin bütün pulları ailə tərəfindən mənimsənilib.

5 ABŞ rəsmisi Rusiya Strateji Tədqiqatlar İnstitutunun Kremlin xarici siyasətini formalaşdıran qurum olduğunu bildiriblər.

«The Guardian» yazır ki, bu institutun direktoru Leonid Reşetnikov Rusiya xarici kəşfiyyatının sıralarında 33 illik xidməti ərzində general-leytenant rütbəsinə yüksəlmiş şəxsdir.

Reşetnikov ötən yanvarda istefaya getdikdən sonra, Putin onun yerinə Mixail Fradkovu təyin edib. Fradkov 2007-2016-cı illərdə Rusiya xarici kəşfiyyatına rəhbərlik edib.