İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:01 | 22 aprel 2017 | Şənbə
Məqaləyə 646 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranda yerli əhalisini sünni bəluclar təşkil Zahidan şəhərinin cümə namazının rəhbəri Mövləvi Əbdülhəmid, aprelin 20-də əhali qarşısında çıxış edərək, sünni məzhəbindən olan vətəndaşların prezident postuna seçilməsinə qoyulan qadağadan gileylənib.
Mövləvi Əbdülhəmid deyib ki, ölkədə sünnilərə qarşı ayrı-seçkiliyə son qoyulmalı, onların hüquqlarını məhdudlaşdıran ölkə konstitusiyasına yenidən baxılmalıdır: «Ölkədə şiə-sünni arasında ixtilafın olması heç kimin xeyrinə deyil. İran vətəndaşları arasında, şiə və ya sünni olmalarından asılı olmayaraq hər hansı bir fərq olmamalı, onlar arasında ayrı-seçkiliyə yol verilməməlidir. Düşünürəm ki, məhz bu yolla, ölkədə birliyi, qardaşlığı və təhlükəsizliyi qoruyub saxlamaq olar. Elə buna görə də hesab edirik ki, ölkədə sünni əhalisindən olanların prezident postuna seçilməsinə qoyulan qadağa aradan qaldırılmalı, bunun üçün ölkə konstitusiyasına yenidən baxılmalıdır».
Xatırladaq ki, İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, ölkə prezidenti yalnız şiələr arasından seçilə bilər və prezidentliyə namizədliyini irəli sürən hər bir şəxsin şiə məzhəbinə inanması əsas şərtlərdən biridir.
İran əhalisinin 25 milyondan çoxunu sünnilər təşkil etməsinə baxmayaraq, onların həssas dövlət qurumlarında işə götürülməsinə və ya vəzifə tutmasına qadağa qoyulur, digər hüquqları məhdudlaşdırılır.