
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Şərqi Azərbaycanın Tufarqan (Azərşəhr) və Əcəbşer şəhərlərində aprelin 14-də baş vermiş sel fəlakəti 40-dan artıq insanın ölümünə səbəb olub. Bölgə əhalisi Tufarqanda 22 vətəndaşın öldüyü hadisənin Yol və Şəhərsalma İdarəsinin xətası nəticəsində baş verdiyini irəli sürürlər. Tufarqan şəhərindən Səccad Müslimi Amerikanın Səsinə müsahibədə baş verənləri ətraflı şəkildə şərh edib.
Seldən sonra İran mediasının yayımladığı ilk xəbərlərdə, daşqınları izləyənlər və selfi çəkənlərin həlak olduğu önə çəkilmişdi. Səccad Müslimi bunun qətiliklə doğru olmadığını vurğulayır.
«Məsullar öz məsuliyyətlərini danmaq üçün dedilər ki selfi çəkənləri sel apardı», deyə Tufarqanlı gənc fəal söyləyir.
Onun dediklərinə görə, «(22 vətəndaşın həlak olduğu) yol Xələzər kəndi və Qızıldağ adlı türist bölgəsinin yoludur. Təqribən 10 ildir kəndin yolu budur. Bu yol əslində Tufarqan Çayı üzərindəki körpünün gözlərindən birindən keçir. Yol İdarəsi buraya asfalt çəkib... Yol və U-dönüşü Google xəritələrində də görünür. Əsas yolun qırağında da lövhə qoyulub ki, Xələzər yolu körpünün altındadır».
Sosial mediada yayımlanan şəkillər və videolarda həmin yolda hərəkət edən avtomobillərin selə tutulduğu görünməkdədir. Müsliminin söylədiklərinə görə, daşqınlar 8 avtomobili aparıb. Maşınların içindəkilərdən heç kəs sağ qurtulmayıb.
«Öncə dedilər seli izləyənlər ölüb. Sonra şəkillər və videolar gəldi. Əhali dedi ki, 10 ildir o yolda gəlib gedirik. Sonra məsullar dedilər ora yol deyil... Media Tehranda toplanıb. Qıraqdakıların səsini eşitmirlər. Eşitmək istəmirlər... Səsimizi ölkə mediasına çatdırmaq üçün çox çalışmalar oldu. Sonunda səs çatdı bəzi yerlərə... Amma məsullar yalanlarını geri almayıblar. Yenə deyirlər ki təqsir millətindir. Bir sadə üzr də istəmirlər millətdən...», deyə Səccad Müslimi dilə gətirir.
Əcəbşerdəki daşqınlar isə ən çox Çınar kəndinin əhalisinə ziyan vurub. 20-ə yaxın adam ölüb.
Bəzi millət vəkilləri sel fəlakətindən sonra Azərbaycana deyil, İranın cənubuna səfər edib bəzi təsislərin açılış mərasimində iştirak edən prezident Həsən Ruhanini də tənqid edib.
Prezident hadisədən bir neçə gün sonra Şərqi Azərbaycan vilayətinə səfər edib. Yerli sakinin dediklərinə görə, prezident Tufarqanda əhali ilə söhbət etməyib.
«Həsən Ruhani gəldi. İstədik ki sözümüzü deyək. Eşitmədi. Bir-iki dəqiqə baxdı çıxıb getdi. O da, naziri də, millətlə görüşmədilər. Sadəcə zərər çəkmiş ailələr arasından bir təmsilçi seçildi. Onunla görüşdü. Millət eşitmişdi Ruhani gələcək. Səhərdən gedib toplanmışdılar körpünün yanına. Amma qoymadılar millət yaxınlaşa. Sonralar şəkillərdə gördük ki, Əcəbşerdə millətlə görüşüb. Tufarqan ilə Əcəbşerdəki olayların fərqi bu idi ki, Tufarqandakı olayda məsulların qüsuru var idi. Ona görə, millətin sözünü eşitmək istəmədilər».