
Obama daha bir “Emmy” qazandı
Bu sabiq prezidentinin eyni nominasiyadan üçüncü mükafatı oldu
Bu sabiq prezidentinin eyni nominasiyadan üçüncü mükafatı oldu
Barak Obama sülh üçün nə etmişdi ki?
Mişel Obama boşanma dedi-qodularını alovlandırdı
Dava edən Məxfi xidmət zabitləri vəzifələrindən uzaqlaşdırılıb
Bir neçə ağır cinayətdə ittiham olunan “Diddy”nin məhkəməsində şok etiraf
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
Demokrat Kamala Harrisin prezidentliyi beynəlxalq problemdir
Harrisi dəstəkləməyən və Baydenə tələ quran Obama qəzəbindən “cin atına minib”
ABŞ senatorundan Baydenə ağır suçlama
Haker, rokçu, gitara və baraban ifaçısı – irland əsilli “bəyaz Obama”
… Yaxud İran hadisələrində xarici amilin rolu nə qədərdir?
Trampdan İran hakimiyyətinə sərt sözlər
Tramp Barak və Mişel Obamanın «qisasını» onların çarpayısından alıb
8 xırdabuynuzlu üzərində keçirilən təcrübədə Barak Obama, Emma Uatson...
Rəsmi Bakıdan «obamakimilərə» sərt mesaj
«Uğur üçün hazır resept yoxdur, ona görə də bilmirəm ki, hansı məsləhətim sizə faydalı olar»
İllər boyu Demokrat prezident Barak Obamanın qəbul etdirdiyi səhiyyə islahatlarını tənqid edən Respublikaçılar Nümayənədlər Palatasında cüzi səs fərqi ilə «Obamacare» kimi tanınan səhiyyə planını əvəzləməyə səs veriblər.
217-213 nisbətində səslə Amerika Tibbi Xidmət Aktının yeniləşdirilmiş variantı aşağı palatada təsdiqini tapıb.
Qanun layihəsinin təsdiqi Respublikaçıların «Obamacare»i əvəzləməsi yönümündə atıdlqarı ən mühüm addımdır. Lakin Senatda planı qeyri-müəyyən gələcək gözləyir.
Layihənin əleyhinə səs vermiş Demokratlar buna səs verən Respublikaçıların 2018-ci ildə Konqresdəki yerlərini itirəcəklərini deyiblər.
«Bu fəlakətli qanun layihəsi hamı tərəfindən pislənilir», deyə Demokrat azlığın lideri Nensi Pelosi bəyan edib.
Demokratlar amerikalıları icbari tibbi sığorta ilə təmin edən qanunun ləğvini «Amerika xalqına yumruq», «milyarderlərə hədiyyə» kimi qələmə verirlər.
Respublikaçılar isə «Obamacare»i dövlət büdcəsinə ağır yük, vətəndaşların seçim imkanlarına zərbə və özəl bizneslərin çiçəklənməsinə maneə kimi qiymətləndirirlər.
Səsvermə zalında Respublikaçılar qanun layihəsinin qəbulunu hərarətlə alqışlayıblar.
«Çoxlarımız bu səsverməni 7 il gözləyib», deyə Nümayəndələr Palatasının Respublikaçı spikeri Paul Ryan bəyan edib.
Ağ Evin Qızılgül Bağında düzənlənən mərasimdə Prezident Donald Tramp Nümayəndələr Palatasının qəbul etdiyi qanunun Senatda təsdiq olunacağına əminliyini ifadə edib.
O, planın yuxarı palataya çatmazdan öncə bir qədər də təkmilləşdiriləcəyini bildirib.
«Bu əla plandır. Hesab edirəm ki, bu, daha da yaxşılaşacaq. Bu, «Obamacare»in ləğvi və əvəzlənməsidir. Heç şübhəniz olmasın».
Qanun layihəsinin qəbul edilməsinə görə spiker Paul Ryana təşəkkür edən Tramp Amerikada tibbi sığorta qiymətlərinin ucuzlaşacağını proqnozlaşdırıb.
«Fikrimcə, sizin ödədəyiniz qiymətlər düşməyə başlayacaq», o bildirib.
Qəbul edilmiş qanun layihəsi Obama qanununda sığortası olmayan adamlar üçün təsbit edilən cərimələri ləğv edəcək və subsidiyaları vergi kreditləri ilə əvəzləyəcək. Habelə sığorta bazarının ştat sərhədlərini daha sərbəst adlaması nəzərdə tutulur. Qanun layihəsi həmçinin Planned Parenthood kimi abort qurumlarına verilən federal ödənişlərə son qoyacaq.