Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
17:00 | 16 may 2017 | Çərşənbə axşamı
Məqaləyə 541 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Rejim 40-gündə 40-dan az komandanını itirdi
Trampdan İrana sərt xəbərdarlıq
İranda mühafizəkarların prezidentliyə əsas namizədi İbrahim Rəisi, mayın 15-də İsfahanın «Nəqşi-cahan» meydanında tərəfdarları qarşısında çıxış edərək rəqibi Həsən Ruhaniyə qarşı təhdid dolu bəyanatlar səsləndirib.
Rəisi bildirib ki, Ruhani hökuməti nüvə sazişi (Bərcam) ilə bağlı birtərəfli olaraq Qərb ölkələrinə çoxlu imtiyazlar verib və əvəzində heç nə əldə etməyib: «Biz nə keçmişə qayıtmaq istəyirik, nə də indiki vəziyyətə dözürük. Bizim strategiyamız, xalqın xeyrinə dəyişiklik edilməsidir. Söz, şüar və danışmaq dövrü artıq başa çatıb və hazırda növbə, tədbir və əmələ gəlib çatıb.
Cənab Ruhani! Mənim ürəyim sirlər sandıqçasıdır. Ağzımı açıb danışsam, heç kəs mənimlə bacara bilməyəcək. Lakin prezident olmaq istəyən şəxsin potensialı olmalı, sirr saxlamağı bacarmalıdır».
Mayın 8-də Həmədan şəhərinə səfər edən Həsən Ruhani, tərəfdarları qarşısında çıxış edərək qarşıdan gələn prezident seçkilərində əsas rəqibi sayılan İbrahim Rəisini dolayısıyla ölkədə dinc müxaliflərə qarşı həyata keçirilmiş repressiyalarda günahlandırıb: «İran milləti, son 38 ildə edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir, istəmir».
Xatırladaq ki, İbrahim Rəisi, 1988-ci ildə ölkə zindanlarında həbsini çəkməkdə olan minlərlə günahsız siyasi məhbusun gizli şəkildə kütləvi qətliamını sürətləndirmək üçün o vaxtkı dini lider ayətullah Ruhullah Xomeyninin əmri ilə yaradılmış «Ölüm heyəti»nin başçısı vəzifəsində çalışıb. Həmin vaxt, ölkə prokurorunun müavini vəzifəsində çalışan İbrahim Rəisinin cəmi 28 yaşı olub.
İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.