«Yaşasın başqırd dili»
Başqırdlar da ana dilinə görə ayağa qalxdılar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Qeyri-rus millətlərə ekstremist damğası
Tatarların ən böyük milli təşkilatı Rusiyada qadağan olundu
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Bəstəboy Badalyan
Erməni müğənni Tatarıstan Dövlət Opera və Balet Teatrından qovuldu
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
-
Boltonun zəngi...
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
-
Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır
Bu ilhaqa haqq qazandırmaq deməkdir
-
Azov yeni müharibəyə səbəb olacaqmı?
“Son təxribatının” arxasında dayanan güclər ...
Rusiyanın Başqırdıstan regionunun paytaxtı Ufa şəhərində başqırd dilinə dövlət dili statusuna dəstək məqsədilə kütləvi mitinq keçirilib. Sentyabrın 16-da keçirilmiş etiraz mitinqinin iştirakçıları muxtar respublikanın məktəblərində başqırd dilinin icbari tədrisinin bərpasını tələb ediblər.
Təşkilatçılar icazəsiz mitinqdə 2000 nəfərin iştirak etdiyini bildiriblər. İcazəsiz olmasına baxmayaraq mitinqi polis müşahidə edirdi. Həbslər və asayişin pozulması halları barədə heç bir məlumat yoxdur.
Mitinqin sonunda polis zabiti təşkilatçılardan birinə yaxınlaşaraq protokol tərtib etmək istəyib. Lakin etirazçılar buna mane olaraq həmin təşkilatçını aradan çıxarıblar.
Mitinqin qeydiyyatdan keçməmiş Başqurd millətçi təşkilatı tərəfindən keçirildiyi xəbər verilir.
Əvvəllər Başqırdıstan məktəblərində şagirdlər hər ikisi dövlət dili olan rus və başqırd dillərini keçirdilər. Amma bu il valideynlərə uşaqlarının başqırd dilini keçməmələri seçimi verilib.
Başqırdıstan Respublikasının rəhbəri Rustem Xamitov sentyabrın 14-də bəyan edib ki, valideynlərin 75 faizi uşaqlarına başqırd dilinin keçilməsini istəyir.
Başqırdıstanın 4 milyonluq əhalisinin üçdə birini başqırdlar, 39 faizini ruslar və 25 faizini tatarlar təşkil edir.
Valideynlərə uşaqlarının yerli dili öyrənməməsi seçimi Rusiya prezidenti Vladimir Putinin prokurorlara müraciətindən sonra verilib. Putin Rusiya baş prokurorluğuna etnik respublikalarda rusların zorla yerli dilləri öyrənməyə məcbur edildiklərinə dair faktların araşdırılmasını tapşırıb.
Ötən iyulda Putin Mari El respublikasına səfəri zamanı demişdi ki, «kiminsə öz ana dili olmayan dili öyrənməyə məcbur edilməsi, habelə Rusiyanın etnik regionlarında rus dili dərslərinin saatlarının ixtisarı yolverilməzdir».
Putinin bu bəyanatları və onun baş prokurora sözü gedən tapşırığı etnik respublikalardakı rusdilli valideynlərə uşaqlarını yalnız rusca oxutmaq imkanı yaradıb.
Sentyabrın 14-də Başqırdıstanın qonşuluğundakı Çuvaşiya Respublikasının Ağsaqqallar Şurası Putinin hərəkətlərini tənqid edib. Şura bildirib ki, bu, «Rusiya Federasiyasının aborigen əhalisinə hücumdur».
Hələ sentyabrın 7-də Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi regiondakı məktəblərdə tatar dilinin icbariliyinə son qoyulması cəhdlərinin Rusiya və Tatarıstan qanunlarına zidd olduğunu bəyan etmişdi.