vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
10:55 | 1 mart 2018 | Cümə axşamı Məqaləyə 1068 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada stalinizm canlanır

Stalinin qəddarlığı ilə bağlı dərsləri oxumağa qarşı narazılıq ilbəil artır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın «Stalinin ölümü» adlı satirik filmi qadağan etmək qərarı ölkə boyu 1929-cu ildən 1953-dək hakimiyyətdə olan diktatorun legitimliyi ilə bağlı kəskin mübahisələrə səbəb olub. Ötən il aparılan rəy sorğusu zamanı İosif Stalin, milyonlarla insanın ölümünə görə məsuliyyət daşımasına rəğmən, ölkənin ən görkəmli tarixi fiquru elan edilmişdi. Rusiyada bəziləri iddia edir ki, Stalinin insanlığa qarşı cinayətləri onun keçmiş Sovet İttifaqı üçün əldə etdikləri uğurları ilə müqayisə edilərək qiymətləndirilməlidir.

Müasir Rusiyada gənc insanlara Qulaq dəhşətləri və Sovet tarixinin digər tərəflərini öyrətmək asan deyil.

Moskvanın Dövlət Qulaq Muzeyi həmin dəhşətlərin miqyasını eləcə də individual faciələri təsvir etməyə çalışır.

Həmin dövrdə xalq düşmanı hesab edilən, kiçik cinayətkarlardan tutmuş siyasi dustaqlara kimi hər kəs illər boyu icbari əməyə məhkum olunurdu.

«20 milyon insan həbs düşərgələrində salınmışdı. Bir milyondan çox insan güllələnib, altı milyonu isə ya deportasiya edilib ya da məcburi köçürülmüşdü», deyə Dövlət Qulaq Muzeyinin direktoru Roman Romanov bildirir.

Repressiyalar İosif Stalinin hakimiyyəti altında pik nöqtəyə çatmışdı. Bir çoxları Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasına gətirib çıxardığına görə ona pərəstiş edir, eyni zamanda isə milyonlarla vətəndaşı öldürüdüyünə görə günahlandırır.

«Bu, təbii fəlakət deyildi. Bu, dövlət tərəfindən xalqa qarşı yaxşı planlaşdırılmış cinayət idi. İndi isə insanlar bunu qəbul etmirlər, çünki ölkələri və hökümətləri baradə bu cür düşünmək onların xoşlarına gəlmir. Hər il Stalinin qəddarlığı ilə bağlı dərsləri oxumağa qarşı narazılıq artır, çünki bu, Rusiya tarixin Sovet dövrünə ləkə salır», Memorial insan haqları qrupunun vitse-sədri Nikita Petrov söyləyir.

Tənqidçilər deyir ki, Stalin nostalgiyası abidələrdən tutmuş xatirə lövhələrinə kimi bir çox yolla bizim gündəlik həyatımızda əks olunur. Gənc rusiyalı bloqqer Sankt Peterburqda fəaliyyət göstərən bu özəl avtobus üçün ianə toplayıb. O, Sovet tarixini vəsf etdiyini inkar edir.

«Stalinizm, şübhəsiz ki, tamamilə amansız idi, amma bu repressiya olmadan və bu qədər qurban verilmədən, bu ölkənin sivilizasiyasında dəyişiklik olmazdı: aqronom iqtisadiyyatdan sənaye iqtisadiyyatına keçid olmayacaqdı, iqtisadi baxımdan geriləyən ölkə inkişaf edə bilməyəcəkdi», Viktor Loginov deyir.

Qulaq muzeyinin kuratorları deyir ki, gənc nəsillərə Stalinin hakimiyyətinin reallıqları öyrədilmir.

«Həbs düşərgələrindən çıxan və hələ də həyatda olan insanlar var və mənə elə gəlir ki, bizin aramızda böyük bir uçurum var. Muzeydəki proqramlar vasitəsilə biz nəsillər arası «kicik körpü» yaratmağa çalışırıq», Roman Romanov söyləyir.

Rusiya prezidenti Vladimir Putin Stalini mürəkkəb fiqur adlandırıb.

O ötən ilin oktyabr ayında Stalin dövründə baş verən repressiyanın qurbanlarının xatirəsinə abidə ucaldıb.

Lakin tənqidçilər onu sinizmdə ittiham edir və müasir Rusiyada siyasi azadlıq ilə tarixin yenidən hücum altında olduğunu iddia edir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *