vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
13:02 | 13 avqust 2018 | Bazar ertəsi Məqaləyə 7483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Gözləmirdik …”

Natiq Cəfərli: “Amma ümidimiz var idi”

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədov bu gün azadlığa buraxılır. Şəki Apelyasiya Məhkəməsində keçirilən prosesdə hakim Gündüz Abbasovun qərarıyla İ.Məmmədovun üzərindən həbs qərarı şərti cəza ilə olsa da götürülüb.

Qərara əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub.

REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlaması zamanı deyib ki, bununla bağlı  bir azdan  detallar bəlli olacaq:

“Bundan sonra rəsmi açıqlamamız da olacaq. Uzun bir qərardır. Amma  əsas odur ki, İlqar Məmmədov artıq azad ediləcək, ailəsinin, dostlarının yanında olacaq. Biz bəraət alınana  kimi hüquqi prosedurları davam etdirəcəyik. Çünki İlqar Məmmədovun  heç bir  günahı yoxdur, bunu hamı bilir. O, bəraət almalıdır və tamamilə məhkumluqdan, cəzadan azad olmalıdır. Təbii ki, son illərin ən xoş xəbəri oldu. Ümid edirəm ki,  tezliklə İlqar Məmmədov  özü mətbuatla əlaqə saxlayıb açıqlamalar verəcək”.

N.Cəfərli qeyd edib ki,  İlqar Məmmədovun bu gün azadlığa çıxması gözlənilən deyildi: “Əslində İlqarın azadlığa çıxacağı ilə bağlı ümidlər var idi. Avropa İnsan Hüquqları üzrə  məhkəməsinin də  iki qərarının yerinə yetirilməsi istiqamətində Azərbaycan üçün  şərtlər qoyulmuşdu. Təbii ki,  İlqar Məmmədovun bu gün azadlığa çıxacağını gözləmirdik. Yaxın günlərdə olacağına ümidlər var idi”.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.