
“MOSSAD”a casusluq ittihamı
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
“Dəmir günbəzi 12 gün ərzində zərərsizləşdirdik”
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Atəşkəsdən sonra Hörmüz iddiası
Pezeşkian qanun imzalayıb
Yəhudi məkanları və yerləri haqqında məlumat toplayan şəxs həbs olunub
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
Tramp İran duasında dəlik tapıb – “zor gücünə sülh doktrinası”
İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 məhbus həlak olub
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
ABŞ və İran “e-poçt” müharibəsi
İran danışıqlara qayıtmaq şərtini açıqladı
Döyüş təyyarələri Hind okeanında Dieqo Qarsiya adasındakı bazada hərəkətlilik
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Instagram”dakı postunda vəzifəsindən istefa verdiyini açıqlayıb. O, “xidmətimdə olan bütün nöqsanlara” görə üzr istəyərək, “əziz və şərəfli İran xalqına son 67 aya görə” təşəkkür edib.
Zərif nüvə danışıqları boyu İran diplomatiyasının başlıca siması olub və sonralar Qərblə əlaqələri ucbatından sərt tənzimçilərin şiddətli tənqidi ilə qarşılaşıb.
Prezident Həsən Ruhani tərəfindən hələ qəbul edilməyən Zərifin istefası Suriyanın dövlət başçısı Bəşər Əsədin xarici işlər naziri olmadan Tehrana səfəri ilə eyni vaxta təsadüf edib. Bu, Zərifin təsirini itirməsinə dair dedi-qodulara səbəb olub.
Etibarlı mənbələr “əl-Monitor”a bildirib ki, XİN-ə Əsədin səfəri barədə məlumat verilmədiyinə, Suriya liderinin Ruhani ilə görüşünə buraxılmadığına görə Zərif qəzəblənib v bunu şifahi ifadə edib.
Göründüyü kimi, qırılma İran prezidenti ilə fikir ayrılığı ilə bağlıdır.
“Entexab” xəbər saytının yazdığına görə, Zərif Əsədlə görüşdə kənarda qaldıqdan və rəsmi fotoşəkillərdən “itkin düşdükdən” sonra “dünyadakı etibarsızlıq”dan şikayətlənib.
“Zərifin istefasının arxasında duran əsas səbəb aydındır: Ruhani ilə yanaşı, Əsədlə görüşdə onun yoxluğu üzə çıxıb”, – deyə məsələdən agah olan bir qaynaq “əl-Monitor”a anonimlik şərti ilə bildirib.
Əsəd, həmçinin Ali Rəhbər Əli Xamnəi və “Qüds” Qüvvələrinin komandiri Qasim Süleymani ilə görüşüb.
Zərifin istefasının daha geniş konteksti bir sıra potensial ssenarilərə, o cümlədən İranın regional siyasətindən narazılıqla da əlaqədar ola bilər.
Bəzi mənbələr belə ehtimal edirlər ki, bu, İranın nüvə razılaşmasından çəkilmə qərarına qarşı bir etirazdır.
Zərif iki ildən çox müddətdə altı dünya səlahiyyətlisi ilə nüvə danışıqlarında iştirakçı olub və nəticədə, 2015-ci ilin iyul ayında nüvə razılaşması əldə edilib. ABŞ prezidenti Donald Tramp sazişdən çıxandan sonra Zərif və Avropanın imza sahibləri – Avropa İttifaqı, İngiltərə, Fransa və Almaniya İranla ticarəti dəstəkləmək üçün bir mexanizm yaratmaqla müqaviləni xilas etməyə çalışıblar.
Bu əsnada avropalılar bir neçə ay gecikmədən sonra xüsusi vasitəçi proqramı işə salıblar. Ancaq yeni mexanizm İran və Avropa arasında sıx əməkdaşlıq tələb edəcək.
Zərif, Xameneyi və Ruhaninin tapşırığı ilə üzərinə nüvə razılaşmasını xilas etmək vəzifəsi qoyuluş adam idi və istefa xəbəri İran və Avropanın əməkdaşlığına dəhşətli bir zərbə vurur. “Konstruktiv əməkdaşlıq” tərəfdarı olan Ruhani artıq sərt tənzimçlərin güclü təzyiqi altında olacaq.
Ruhaninin Zərifin istefasını qəbul edib-etməyəcəyi hələ müəyyən deyil. “Instagram” postundan qısa müddət sonra ictimai mediada yayımlanan təsdiqlənməmiş söz-söhbətlər XİN rəhbərinin bir neçə dəfə istefa etməyə çalışdığı və Ruhaninin, nəhayət, bu dəfə onu qəbul etdiyi iddiası irəli sürülüb.
Prezident administrasiyasının rəhbəri Mahmud Vaizi “Twiter”də Ruhaninin Zərifin istefasını qəbul etdiyinə dair məlumatları “inkar edib”. Buna baxmayaraq, Zərifin vəzifəsində qalmağa hazır olub-olmadığı da aydın deyil.
İranda mövcud vəziyyətin yüksək mənsəbli məmurları istefa məktubunu geri götürməyə vadar etmsi ehtimalı da var.
Amma Ruhaninin ilk prezidentlik dövründə informasiya və kommunikasiya texnologiyaları naziri vəzifəsində olmuş Vaizi, Zərifi əvəz edə biləcək mümkün namizədlərindən biridir və uzun müddətdir ki, onun XİN-ə rəhbər təyin olunacağından danışılır.