vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
12:09 | 13 mart 2019 | Çərşənbə Məqaləyə 2751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni səfirin üstünlük verəcəyi istiqamətlər

Litzenberqer iki sahənin bilicisidir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının yeni səfiri Örl Litzenberqerin (Earle Litzenberger) etimadnaməsini qəbul etdi. İlham Əliyev qəbulda əməkdaşlıqla bağlı maraqlı fikirlər söylədi.

Birincisi, İlham Əliyev dedi ki, Örl Litzenberqerin səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əmindir.

İkincisi, həm İlham Əliyev, həm də Örl Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə etdilər.

ABŞ Azərbaycanla əsas 4 istiqamətdə əməkdaşlıq edir: İqtisadiyyat, enerji, təhlükəsizlik və demokratik institutların inkişafı. Son illər Vaşinqton Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik sahəsinə daha çox önəm verir. Məsələn elə prezidentlə görüşdə səfir xüsusi olaraq vurğuladı ki, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti yüksək qiymətləndirir.

Azərbaycanın ABŞ-a Əfqanıstanda verdiyi dəstək Vaşinqton üçün önəmlidir. Vaşinqton Əfqanıstanda terrorla mübarizə aparır və müttəfiqlər içərisində müsəlman dövlətləri də görmək istəyir. Azərbaycan azsaylı müsəlman ölkələrdəndir ki, Əfqanıstanda ABŞ-ın yanında yer alıb.

ABŞ Azərbaycan qazının Avropaya nəqlində də vacib rol oynayır. ABŞ faktiki bu məsələdə Azərbaycana lobbiçilik edir. ABŞ Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq istəyir. Azərbaycan qazı Avropa üçün önəmli alternativlərdən biridir. Buna görə də Vaşinqton Avropanı Azərbaycan qazını almağa təşviq edir. Bu Azərbaycanın maraqları ilə də üst-üstə düşür. Təsadüfi deyil ki, prezident İlham Əliyev açıqlamalarında bir neçə dəfə ABŞ-a xüsusi minnətdarlığını bildirib ki, Vaşinqton 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə siyasi dəstək verdi. İlham Əliyev bunu ona görə hər dəfə xatırlayır ki, bu boru xəttinin və Azərbaycan nefitinin dünya bazarlarına Türkiyə üzərindən nəqlinə mane olmaq istəyən xarici güclər var idi və Vaşinqton həmin xarici güclərlə mübarizədə Azərbaycana dəstək verib. Vaşinqton 1994-cü ildə Bakıda “neft kontraktının” imzalanmasına da dəstək verdi. Halbuki, Moskva bu kontraktın imzalanmasının əleyhinə idi.

ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıqda yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk Qrupunun 3 həmsədrindən biri olmasına baxmayaraq son 19 ildir ki, münaqişənin həlli üçün səy göstərmir. Rusiya əsas vasitəçiyə çevrilib. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Moskva münaqişənin ədalətli həllində maraqlı deyil. Azərbaycan ABŞ-ın münaqişənin həllindəki səylərini artırmasını istəyir. Yeni səfir əlbəttə ki, Qarabağ mövzusunda müxtəlif açıqlamalar verəcək, ancaq münaqişənin həlli prosesi səfirdən və onun fəallığından asılı deyil. Münaqişənin həlli prosesində Dövlət Departamenti fəal rol oynamalıdır.

Örl Litzenberqer Azərbaycana təyinatına qədər Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsində çalışıb. Bu o deməkdir ki, yeni səfir təhlükəsizlik məsələlərində ixtisaslaşıb. Vaşinqtona Azərbaycanda məhz belə səfir lazımdır.

Beləliklə, yeni səfir Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik əməkdaşlığına üstünlük verəcək. Çünki özü bu sahənin bilicisidir, digər tərəfdən Vaşinqton da Azərbaycanla əməkdaşlıqda qeyd edildiyi kimi iki sahəyə üstünlük verir. Bu Azərbaycanın da maraqlarına uyğundur. (“Atlas” Araşdırmalar Mərkəzi)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)