vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
16:05 | 19 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 2738 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Edisonun qorxusu

Lampanı icad edən alim qaranlıq kabusu

İlk dəfə 1820-ci ildə fransız alimi Delaryu teli platindən hazırlanmış belə bir lampanı nümayiş etdirdi. Ancaq ondan sonra 50 ildən çox bu lampadan istifadə olunmadı. Çünki tel üçün əlverişli olan ucuz metal tapılmırdı. Bu tarixdən sonra da lampalarla bağlı müxtəlif təcrübələr aparılırdı. Ancaq bu lampaların ömürləri çox qısa olduğu üçün qısa bir vaxtda unuduldu.

1879-cu ildə məşhur ABŞ ixtiraçısı Tomas Edison ( 1847-1931 ) elektrik lampasını təkmilləşdirdi və “kütləvi istehsal üçün” yararlı olan uzunömürlü lampa ixtira etdi. Şüşə balonda havanın az olduğu mühitdə kömürləşmiş karbon liflərindən ibarət tel közərirdi. Nəticədə daha parlaq və uzunömürlü Edison lampaları meydana çıxdı. Edisonun bu kəşfindən 3 il sonra Nyu-York küçələri artıq onun lampaları ilə işıqlandırılırdı. Üstəlik, bu, Edisonun minlərlə kəşfindən biri olsa da, onun ən böyük kəşfi kimi tarixə düşdü. Qeyd edək ki, lampanı icad edən Tomas Edisonun özü qaranlıqdan qorxurdu.

Hazırda elektrik lampalarında çətin əriyən 3385°C közərən volfram metalından istifadə olunur. Bu metal tellərdən keçən cərəyan teli o qədər isidir ki, o, vakuum şəraitində işıq saçmağa başlayır və nəticədə lampa işıqlanır.