vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
18:40 | 19 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 1839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazarbayev və Azərbaycan

Yaşına və ağlına görə türk dünyasının ağsaqqalı

Elxan ŞAHİNOĞLU

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefasına Azərbaycan nöqteyi-nəzərdən baxmağa çalışaq. Nazarbayevin xarici siyasəti mövcud reallıqlara uyğun idi. Qazaxıstan Nazarbayevin prezident kürsüsündə oturduğu 28 ildə sözdə (oxu: zorən) Rusiyanın strateji müttəfiqi olarkən bir çox istiqamətlərdə fəal siyasət yürüdür, Çin, ABŞ və Avropa ilə də sıx əlaqələr qurmuşdu. Nazarbayev son illər milli siyasətə də önəm verir, latın qrafikasına keçmiş, türkçülük ideologiyasının inkişafına diqqət yetirir, ölkə tarixinin öyrənilməsinə diqqət yetirirdi.

Bu illərdə Qazaxıstanla Azərbaycan arasında da sıx əlaqələr formalaşmış, regional layihələrdə ortaqlıq mövcuddur. Nursultan Nazarbayev bir neçə dəfə Azərbaycana səfər etmiş, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünə real dəstək verir, İrəvanın Qarabağ separatçılarını Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi fəallıqla bağlı təxribatlarının qarşısını alırdı. Nazarbayev yaşına və ağlına görə türk dünyasının ağsaqqalı sayılır. Nazarbayevin yerinə prezident kürsüsünə kim gələcəksə, onun da Azərbaycanla sıx əməkdaşlığını arzulayırıq. Əsas odur ki, Astananın Cənubi Qafqaz siyasətində ciddi korrektə olmasın, Nazarbayevin siyasəti davam etsin. Fikrimcə, Nazarbayev nə qədər ki, Təhlükəsizlik Şurasının sədridir, yeni prezidentin xarici siyasət kursunun dəyişməsinə imkan verməyəcək.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)