vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
20:39 | 30 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 2140 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentdən növbəti xəbərdarlıq

“Möhtəkirlər maaşların artımından istifadə edib qiymətləri qaldırır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qiymətlər süni şəkildə artırılır”. Bunu Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib.

İlham Əliyev qeyd edib ki, istehlak qiymətlərinə daim nəzarət olmalıdır: “Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. İnflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz”.

Prezident bəzi məhsulların qiymət artımının mövsümi xarakter daşıdığını qeyd edib. Amma buna baxmayaraq bir çox hallarda qiymətlərin süni şəkildə artırıldığını xüsusi vurğulayıb: “İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu statistik göstəricilərdən də görürük. İstehlak bazarına nəzarət edən qurumlar da bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlanıb. Ancaq biz imkan verə bilmərik ki, möhtəkirlər bundan istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə də istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.