vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
15:34 | 1 may 2019 | Çərşənbə Məqaləyə 2592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Biz sizinləyik!”

ABŞ-dan Venesuela müxalifətinə dəstək

MÖVZU İLƏ ƏLAQƏLİ

Vitse-Prezident Mayk Pens və Tramp administraiyasının digər yüksək rütbəli rəsmiləri Venesuela müxalifətinin lideri Xuan Quaydoya tam dəstəklərini ifadə ediblər.

Əsgərlərlə əhatə olunmuş müxalifət liderinin insanları Karakas küçələrinə axışmasına çağırmasından sonra minlərlə venesuelalı prezident Nikolas Maduroya sadiq qüvvələrlə toqquşub.

“Quaydoya, Milli Assambleyaya və bu gün küçələrə çıxmış bütün azadlıqsevər Venesuela xalqına deyirik: Estamos con ustedes! (Sizinləyik!)” deyə Pens Tvitterdə bəyan edib. “Amerika azadlıq və demokratiya bərqərar olunanadək sizinlə olacaq!”

Ağ Evin qarşısında müxbirlərlə danışan milli təhlükəsizlik müşaviri Con Bolton Venesuelada “dinc hakimiyyət dəyişikliyi”ni dəstəklədiyini bildirib. O, əlavə edib ki, hazırda Maduro rejiminə küçələrdə nümayişləri yatırtmaq üçün istifadə olunan qüvvələr Kubadan yönləndirilir.

Kubadan əlavə Maduro rejiminə xaricdən dəstək verən ölkələr sırasında Rusiya, Çin, Türkiyə və İran kimi dövlətlər var.

Pentaqon rəhbərliyi də məsələyə münasibət bildirib.

Müdafiə nazirini əvəzləyən Patrik Şanahan venesuelalıların “azadlıq və demokratiya naminə öz ölkələrini geri almaq” amacını dəstəklədiyini bəyan edib.

Hərçənd ki, prezident Tramp Quaydonun addımları ilə bağlı bıəyanat verməyib, o vəziyyətdən xəbərdardır və baş verənləri izləyior.

Ağ Ev müşaviri Kellyanne Konvey deyib ki, administrasiya Venesuela Milli Assambleyasının prezidenti ilə çiyin-çiyinə dayanır.

Dövlət katibi Mayk Pompeo deyib ki, bu gün Venesuelanın müvəqqəti prezidenti Xuan Quaydo azadlıq əməliyyatına start verib.

O, ABŞ hökumətinin Venesuela xalqına, onların azadlıq və demokratiya istəyinə tam dəstək verdiyini bildirib. Pompeo demokratiyanın məlubedilməz olduğunu vurğulayıb.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Venesuela ordusunun konstitusiya və xalqı müdafiə etməli olduğunu deyib.

O, Amerikanın Venesuela xalqı yanında durduğunu da əlavə edib.

Venesuelanın müxalifət lideri və özünü müvəqqəti prezident elan edən Xuan Quaydo prezident Nikolas Maduro hakimiyyətini devirmək və azadlığa nail olmaq üçün Venesuela xalqını küçələrə çıxmaq çağırışından sonra hərbi qüvvələrin bir kəsiminin dəstəyini əldə edib.

“Bu gün cəsur əsgərlər, cəsur vətənpərvərlər, cəsur insanlar konstitusiya çağırışıma cavab verdi”, Quaydo bildirib.

Paytaxt Karakas küçələrində etiraz aksiyaları davam edir. Maduroya sadiq hərbi qüvvələr nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Paytaxt küçələrinə minlərlə nümayişçi çıxıb. Maduroya sadiq qüvvələr onları atəşə tutub, su şırnaqları ilə onları dağıtmağa çalışıb. Milli Qvardiya maşınları nümayişçilərin üstünə sürülüb.