vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:06 | 10 iyun 2019 | Bazar ertəsi Məqaləyə 2399 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Varşavaya niyə gedən olmayib?

Polşa-Azərbaycan əməkdaşlığına mane olmaq istəyənlər var?

Elxan ŞAHİNOĞLU

Polşanın prezidenti Andjey Duda mayın 31-də Azərbaycanda oldu, dövlət başçısı İlham Əliyevlə görüşdü. Polşa Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa önəm verir. Ancaq bu səfərdən 4 gün sonra maraqlı hadisə baş verdi.

İyunun 4-də Varşavada Mərkəzi və Şərqi Avropa ölkələrinin parlament başçılarının 4-cü sammiti keçirildi. Digər ölkələr kimi Azərbaycan təmsilçiləri də toplantıya dəvət olunub, ancaq Bakıdan Varşavaya nümayəndə heyəti getməyib. Ermənistan isə Varşavadakı toplantıda parlamentin spikeri Ararat Mirzoyan səviyyəsində təmsil olunub. Ararat Mirzoyan toplantıdan başqa ikitərəfli görüşlər də keçirib.

Təsəvvür edin ki, Polşanın prezidenti Bakıya gəlir, Azərbaycanla əməkdaşlığa önəm verdiyini açıqlayır, ərazi bütövlüyü məsələsində həssaslıq nümayiş etdirir, ancaq 3 gün sonra Varşavadakı toplantıya gedən olmur, düşmənlərimiz isə dəvətdən istifadə edib gedib Polşada özlərini reklam edirlər, Avropa dövlətlərinin dəstəyini qazanmaq fürsətindən yararlanmağa çalışırlar.

Yeri gəlmişkən, 4 iyunda Polşada ilk azad parlament seçkilərinin 30 illiyi də qeyd olunub. Varşavaya gedənlər həmin tədbirdə də iştirak ediblər. Bəlkə buna görə bizimkilər Varşavaya getməkdən imtina ediblər. Halbuki, Polşada 1989-cu ildə keçirilən həmin seçkilər Şərqi Avropada kommunist rejimlərinin yıxılmasına şərait yaradan və SSRİ-nin sonunu yaxınlaşdıran hadisələrdən olub. Varşavanın Azərbaycanla hərbi əməkdaşlığının genişləndirilməsinə, birgə hərbi istehsala mane olmaq istəyənlər barədə də məlumatlar var.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)