
“Yağış suyuna belə vergi var”
Almaniyada ev alan cütlüyün peşmançılığı
Almaniyada ev alan cütlüyün peşmançılığı
Qiymətlər əhalinin illik qazancına nisbəti 5 dəfədən çoxdur
Yeganə təhlükəsiz vasitə qabyuyan maşındır
İpoteka faizləri son 3 ayın ən yüksək səviyyəsinə çatıb
İmtiyazlı kateqoriyaya uyğun gələnlərə lazım olacaq sənədlərin siyahısı
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Yeni nəslin tək yaşamaq seçimi dünyada ənənəvi ailə quruluşunu dağıdır
Fransada 39 milyon ev sahibinə yeni öhdəliklər gətirildi
Məcəllə kimlərə şamil olunacaq?
Avstraliya xarici vətəndaşlara iki il müddətinə mülk sahibi olmağı qadağan edir
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
Ev dəllalları müştəriləri necə aldadır?
Kimlər kirayə mənzilə sahib ola biləcəklər?
Azərbaycanda tikinti bumu start götürəndən, vətəndaşların aldadılması halları da başlayıb.
Son bir neçə ildə isə bəzi tikinti şirkətlərinin vətəndaşları aldatması xüsusilə geniş miqyas alıb. Bu, çox zaman klassik üsulla həyata keçirilir: binanın tikintisi başa çatır və bölgü zamanı məlum olur ki, bir mənzil eyni zamanda 3-4 vətəndaşa satılıb. Bundan sonra tikinti şirkəti ilə vətəndaşlar arasında məhkəmə çəkişmələri başlayır. Paytaxtda onlarla belə hal yaşandığı üçün vətəndaşda tikinti şirkətinə etibar qalmayıb. İndi vətəndaş əlində pulu olsa, belə tikinti şirkətlərindən ev almağa tərəddüd edir.
Vətəndaş ev alarkən aldanmamaq üçün nələri bilməlidir?
Mövzuyla bağlı açıqlama verən “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, mövcud qaydalar, tələblər evin saxta sənədlə satılmasını demək olar ki, qeyri-mümkün edib.
“Belə hallar çox vaxt vətəndaşın məsələ ilə bağlı məlumatsızlığından irəli gəlir. Vətəndaş sənədləşməni şəxsən özü aparırsa, aldadılma halı baş verə bilməz. Çünki aprel ayının 18-dən çıxarışların verilməsi elektron formada həyata keçirilir, kağız formatında heç kimə çıxarış verilmir. Bundan başqa alqı-satqı proseduru demək olar ki, bir istisnanı nəzərə almaqla notariat kontorunda həyata keçirilir. Yəni vətəndaş notariat kontoruna yaxınlaşır, alqı-satqı ilə bağlı formal arayışını alır. Bundan sonra müvafiq ərazi üzrə bank filialına yaxınlaşıb depozit hesabına vəsaiti yerləşdirir və notariat kontorunda müqavilə ilə alqı-satqı həyata keçirilir. Daha sonra isə qeyd etdiyim kimi elektron formada çıxarışını alır”.
Ramil Osmanlı qeyd edib ki, vətəndaşların sahibkarlar tərəfindən aldadılması sadəcə özlərinin məsuliyyətsizliyinə görə baş verir.
“Çox vaxt xaricdə yaşayan insanlar başqalarına etibarnamə verir ki, işlərini onlar həll etsin. Etibarnaməni alan şəxs bundan sui-istifadə edir və sənədlərini saxtalaşdırır. Aldadılma halları belə də baş verir”. (modern.az)