vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
21:39 | 20 yanvar 2020 | Bazar ertəsi Məqaləyə 5622 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atəşkəsi qorumaq çətin olacaq

Berlin konfransının nəticəsi nə oldu?

Elxan ŞAHİNOĞLU

Liviya probleminin həlli ilə bağlı Berlindəki görüşdən ciddi nəticə çıxmadı. Berlindəki görüşə Liviya probleminin həllindəki iki əsas dövlətin – Türkiyə və Rusiyanın liderləri də qatılmışdılar. Ancaq BMT və Avropa Berlin toplantısı vasitəsilə “biz də varıq” demək istəyirdilər. Berlinə qarşıduran tərəflər –Tripolidəki mərkəzi hökumətin başçısı Sərrac və müxalif general Haftar konfransın özünə dəvət olunmamışdılar. Onlar Berlində idilər, müxtəlif liderlərlə konfransdan kənarda görüşürdülər. Berlində atəşkəslə bağlı ümumi razılıq əldə olundu. O da qeyd edildi ki, Liviyada qarşıduran tərəflərə silah və hərbi texnika verilməsin. Yəni Liviyadakı bütün tərəflərə yönəlik silah embaroqusu tətbiq edilsin.

Bunları reallaşdırmaq çətindir. Birincisi, Liviyada yüzlərlə əşirət yaşayır, hamısı da silahlıdır, kim zəmanət verəcək ki, onlar atəşkəsə riayət edəcəklər? İkincisi, Liviyanın qonşu Misirlə mİnlərlə kilometr nəzarətsiz sərhədi var. Misir isə general Haftarı dəstəkləyir. Elə Birləşmiş Ərəb Əmirlikləri də Haftara tonlarla silah və hərbi texnika göndərib və göndərir. Liviyanın müxtəlif dövlətlərlə uzun məsafəli sərhədini necə monitorinq altında saxlamaq olar ki, Misir və ya digər dövlətlər general Haftara silah və hərbi texnika ötürməsin?

Berlin görüşünün nəticəsi Türkiyənin Liviyada rolunun azaldılmasına yönəldimişdi. Çünki əgər deyilirsə ki, qarşıduran tərəflərə hərbi dəstək verilməsin, bu o deməkdir ki, Avropa Türkiyənin hərbi qüvvələrinin Tripoliyə göndərilməsinin əleyhinədir. Digər tərəfdən Berlin konfransının nəticəsinə görə Liviya probleminin həlli ilə bundan sonra BMT Təhlükəsizlik Şurası məşğul olmalıdır. Türkiyə isə Təhlükəsizlik Şurasının üzvü deyil. Deməli, bu yolla Türkiyəni Liviya probleminin həllindən kənarda saxlamaq istəyirlər. Buna baxmayaraq, Türkiyə və Rusiya Liviyada əsas oyunçu olaraq qalacaqlar.

Liviya faktiki 2014-cü ildən iki hissəyə bölünüb. Tripolidə bir hökumət, Benqazidə başqa hökumət fəaliyyət göstərir. Benqazini bir qrup ölkə, Tripolidəkini isə digər qrup ölkə dəstəkləyir. Belə vəziyyətdə atəşkəsi Liviyada qorumaq çətin olacaq. Suriyada bu alınmadı. (“Atlas” Araşdırmalar Mərkəzi)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)