vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:18 | 13 mart 2020 | Cümə Məqaləyə 1250 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tonoyanın yalvarışı ...

Koronavirus atəşkəsi poza bilərmi?

Elxan ŞAHİNOĞLU

Ermənistanın müdafiə naziri David Tonoyan martın 12-də İrəvanda ATƏT sədrinin xüsusi nümayəndəsi Andjey Kasprşiklə görüşüb. Həmin görüşdə erməni nazir az qala Kasprşikə yalvarıb ki, ATƏT nümayəndəsi Azərbaycan-Ermənistan sərhədi boyunca atəşkəsin riayət olunmasına nəzarət etsin. Tonoyan deyib ki, İrəvan sərhəddə atəşkəsin intensiv şəkildə pozulmasından narahatdır.

Ermənistanın müdafiə naziri gələcək aylarla bağlı Kaspşikə başqa narahatlığını da çatdırıb. Erməni nazirin sözlərinə görə, bölgədəki gərgin vəziyyətə dünyada ağırlaşan iqtisadi və epidomoloji (koronovirusu nəzərdə tutur) əlavə etsək təmas xəttində durumun gərginləşəcəyini gözləmək olar. Tonoyan demək istəyir ki, guya Azərbaycan ordusu dünyada və bölgədə koronavirusla bağlı yaranan durumdan fürsət kimi istifadə edərək hücum əməliyyatı həyata keçirə bilər. Buna cavab olaraq Kasprşik təmas xəttində gərginliyin azalması üçün səylərini maksimim artıracağını bildirib.

Ermənistan ordusu atəşkəsi pozur və hərbçilərimizi şəhid edir. Azərbaycan ordusu cavab verir və işğalçı da itki verir. Bundan sonra İrəvan əl-ayağa düşür və beynəlxalq vasitəçiləri köməyə çağırır. Azərbaycan ordusu əməliyyat keçirmək istəsə Andjey Kasprşik bunun qarşısını ala bilməyəcək. Ona görə də İrəvanda gərək Kasprşikin “təmas xəttində gərginliyin azalmasına çalışacam” kimi boş vədinə inanmasınlar. Əgər Kasprşiki bölgəyə göndərən təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə özünün hazırladığı “mərhələli həll” planını İrəvana qəbul etdirmək istəmirsə, atəşkəs daima kövrək olacaq.

Bu arada, atəşkəsin pozulmasıyla bağlı rusiyalı diplomatlardan iki ziddiyyətli xəbər gəldi. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç dedi ki, bölgədə böyük insidentlər yoxdur və silahlı fəaliyyət geridə qalıb. Eyni günlərdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə dedi ki, Moskva Ermənistanla Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsindən və atəşkəsin intensiv pozulmasından narahatdır.

Aleksandr Lukaçevişin açıqlaması həqiqəti əks etdirmir. Onun təbirincə, “silahlı fəaliyyət” geridə qalsaydı, nə İrəvan təcili olaraq Kasprşiki İrəvana çağırardı, nə də rusiyalı diplomatın həmkarı Mariya Zaxarova həyəcan təbili çalardı.

İrəvanın qorxusu bəllidir. Ermənistan üçün oksigen rolunu oynayan İranla sərhədi bağlıdır və virusa görə nə zaman açıqlacağı hələ bəlli deyil. Dünyada və bölgədə iqtisadi vəziyyət ağırlaşır, başqa sərhədlər də qapanır. Bunun fonunda Ermənistanda düşünürlər ki, dünyanın başının qarışdığı məqamda Azərbaycan fürsətdən istifadə edə bilər. Ancaq Azərbaycanın da İranla sərhədi qapalıdır və dünya iqtisadiyyatında problemlərin artması istər-istəməz Azərbaycana da təsir edir. Ona görə də rəsmi Bakının dünyada və bölgədə koronavirusun yayılmasından istifadə edərək orduya hücum əmri verəcəyini söyləmək çətindir. Ancaq bu heç də o demək deyil ki, düşmənin təxribatlarınna əks-hücumla cavab verilə bilməz. 2016-ci ilin aprelində də təxribata əks-hücumla cavab verilmişdi. Belə olan halda koronavirus maneə sayılmayacaq... (“Atlas” Araşdırmalar Mərkəzi)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)