vaxtlı-vaxtında oxuyun! Bazar, 5 aprel 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
15:02 | 14 mart 2020 | Şənbə Məqaləyə 88 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft “su qiymətinə” düşür

Putinlə Salman tezliklə anlaşmasa fəlakət olacaq...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya birjalarında neftin qiymətinin birdən birə 30 faizdən çox aşağı düşməsi yeni qlobal iqtisadi böhran təhlükəsi yaradıb.

Virtualaz.org xatırladır ki, neftin qiymətinin bu cür kəskin aşağı düşməsi gözlənilən idi. Çünki dünyada tüğyan edən koronavirus epidemiyası və nəticədə tələbatın kəskin azalması fonunda hasilatın azaldılmasına dair anlaşmanın uzadılmasına dair OPEC+ formatında aparılan danışıqlar Rusiyanın qarşı çıxması ilə iflasa uğradı. Üstəlik Səudiyyə Ərəbistanı bunun ardınca elan etdi ki, hasilatı kəskin artırıb sutkada indiki 9.3 milyon bareldən 12 milyon barelə çatdırmaq niyyətindədir. Burada məqsəd Rusiyanı Avropa neft bazarında sıxışdırmaqdır.

Bu cür olduqca pessimist xəbərlərin fonunda martın 9-da London birjasında hərraclar başlayan kimi neftin qiyməti kəskin aşağı düşüb, “Brent” markalı neftin 1 barelinin qiyməti 45 dollardan 31 dollara qədər enib. WTI markalı neft isə 29 dollara qədər ucuzlaşıb.

Bu xəbərlərlə bağlı Rusiya rublu da kəskin dəyər itirib, “Forex” bazarında günün birinci yarısında 1 ABŞ dolları 75 rubla satılırdı. Sonuncu dəfə dollar Rusiyada 2016-cı ildə bu cür bahalaşıb.

Honkonq fond birjasında da hərrac həftəsi səhmlərin 4 faizə qədər ucuzlaşması ilə başlayıb. Yaponiyanın Nikkei fond birjasında isə indekslər 5.3 faiz aşağı düşüb. Martın 9-u Rusiyada qeyri-iş günü olduğundan Moskva birjasında hərraclar keçirilmir, amma gözlənilir ki, sabah Moskva birjası da çökəcək.

Doğrudur, günün birinci yarısında London birjasında neft itirdiyi dəyərin bir qismini geri qaytarıb və “Brent” markalı neftin 1 bareli 36 dollara qədər qalxıb. Lakin analitiklər bunun müvəqqəti olduğunu, neftin hətta 20 dollara qədər ucuzlaşa biləcəyini proqnozlaşdırırlar.

“Bloomberg” yazır ki, sonuncu dəfə neft Fars körfəzində müharibənin başa çatdığı 1991-ci ildə bu cür kəskin ucuzlaşmışdı. Qərb nəşrləri yazırlar ki, Rusiya ilə Səudiyyə Ərəbistanı öz aralarında kompromis əldə edə bilərlər, ancaq neftin qiymətinin çökməsi bundan sonra da davam edərsə o zaman prosesi heç kim dayandıra bilməz, ən azından növbəti beş il ərzində. Bu isə dünyada bütün neft hasilatçılarına güclü zərbə olacaq.

“The Times” qeyd edir ki, Səudiyyə Ərəbistanının hasilatı kəskin artırmaq qərarı Rusiyaya qarşı “neft müharibəsinin” elan edilməsidir.

 

***

 

“Brent” markalı neftin qiyməti ucuzlaşaraq bir barelə görə 32,28 dollar olub. Virtualaz.org xəbər verir ki, “qara qızıl”ın may fyuçerslərinin qiyməti 28,69 faiz azalıb. WTI markalı neft isə 31,35 faiz ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub.

Qeyd edək ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub. “Bloomberq” nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki müharibədən sonra kəskin azalma adlandırıb. “Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *