
“Putinin qorxulu yuxusu”
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
“Patriot”lar, casus uçuşları və Trampın Putinə mesajı
NATO-nun casus təyyarələri eyni gündə iki istiqamətdən yaxınlaşıb
Tramp: “ABŞ ödənişi alacaq”
Yaxud Tramp və Ukrayna labirinti
“Ukraynaya göndərilən silahların pulunu NATO müttəfiqlər ödəyəcək”
“Ukraynaya göndərilən silahların pulunu NATO müttəfiqlər ödəyəcək”
Kalininqrad üzərindəki casus təyyarə Böyük Britaniyaya geri döndü
“Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımalıdır”
Almaniyada hərbi xidmət gənclər üçün cazibədar edilir
Avropanın ən böyük limanında müharibə imitasiyası
Qərbin NATO məsələsində Kiyevə dəstəyi məhdud olub
Almaniyanın 114 min əsgərə ehtiyacı var
Ştaynmayer: “Maraqlarımızı və azadlığımızı müdafiə etmək həmişəkindən daha zəruridir”
Almaniyanın 6 aylıq hərbi xidmət planı biznesmenləri qorxudur
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, hərbi alyans koronavirus pandemiyasının təhlükəsizlik hədəsinə çevrilməsinə yol verməməlidir. Stoltenberq əlavə edib ki, Rusiya kimi rəqiblər, habelə terrorçu qruplaşmalar vəziyyətdən fürsətlənə və düşmən hərəkətlərə əl ata bilərlər.
Baş katib bu bəyanatları aprelin 1-də video mətbuat konfransı zamanı səsləndirib. Yeri gəlmişkən, NATO xarici işlər nazirlərinin görüşü də son 70 ildə ilk dəfə olaraq videobağlantı ilə keçiriləcək. Müttəfiqlər bu görüş zamanı COVID-19 epidemiyası ilə bağlı planlarını müzakirə etməlidrlər.
Hazırda bütün dünyada bu virusa 880 min adam yoluxub, bunlardan 44,100 nəfəri vəfat edib.
Stoltenberq bildirib ki, alyansın ilkin vəzifəsi bu sağlamlıq böhranının təhlükəsizlik böhranına çevrilməsinə yol verməməkdir. Virusun yayılmasının yavaşıdılması üçün keçirilən tədbirlər NATO-nun hərbi manevlərini bir qədər səngidib, amma Stoltenberqin dediyinə görə alyans “əməliyyat hazırlığını qoruyub saxlayır”.
Baş katib deyib ki, müttəfiqlər quruda və səmada alyansın sərhədləri boyunca patrul keşiyini davam etdirir. O bildirib ki, bu arada Rusiyanın artmaqda olan hərbi fəallığı NATO-dan hətta pandemiya zamanı da ayıq-sayıq dayanmağı tələb edir: “Biz Rusiyanın NATO sərhədlərinə yaxın qərb hərbi rayonlarında keçirdiyi təlimlər də daxil Şimal dənizində Rusiyanın hərbi varlığını əhəmiyyətli şəkildə artırdığını müşahidə edirik”.
Ötən həftə Rusiya NATO-nun Şərqi Avropa müttəfiqlərinin sərhədlərinə ən yaxın iki hərbi bölgədə genişmiqyaslı hərbi təlimlər keçirib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, təlimlərdən məqsəd strateji raket qüvvələri də daxil, qoşunların hər hansı yoluxmaya hazırlığını yoxlamaqdır.
Bu arada Britaniya hərbi dəniz donanması bildirir ki, onun gəmiləri La-Manş boğazında və Şimal dənizində “fəallığını qeyri-adi şəkildə” artırmış Rusiya gəmilərinin müşahidəsini davam etdirir. Litva bildirib ki, NATO Rusiya hərbi təyyarələrinin ərazi üzərindən 5 uçuşunu qeydə alıb. NATO xarici işlər nazirlərinin videokonfransı aprelin 2-də keçiriləcək.