vaxtlı-vaxtında oxuyun! Bazar, 25 oktyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SAHİBKARLIQ  
12:23 | 4 aprel 2020 | Şənbə Məqaləyə 3411 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Həmrəylik paketi”

AYİB-dən Azərbaycan şirkətlərinə alqışlanan davranış

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə dəstəyini artırır, çünki ölkə iqtisadiyyatı eyni anda koronavirus epidemiyası və dünya neft bazarındakı şokla üzləşib.

“Trend”in məlumatına görə, AYİB Azərbaycan da daxil olmaqla 38 ölkədə mövcud müştəriləri üçün bir milyard avro məbləğində fövqəladə "həmrəylik paketi" təqdim edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone, Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen və Azərbaycan üzrə rəhbəri İvana Duarte ilə görüşü zamanı həmrəylik paketi çərçivəsində birgə səylərin təşkili müzakirə olunub. AYİB nümayəndələri yerli şirkətlərə koronavirus epidemiyasının fəsadlarının öhdəsindən gələ bilmələri üçün təcili maliyyə vəsaiti ayırmağı vəd edib.

M.Cabbarov AYİB-in daimi dəstəyini alqışlayıb və qeyd edib ki, Azərbaycan hökuməti COVID-19 pandemiyasının mənfi iqtisadi nəticələrinin azaldılması üzrə maliyyə tədbirləri üçün bir milyard manat ayırıb.

Öz növbəsində M.Patrone AYİB-lə Azərbaycan hökuməti arasında sıx əməkdaşlığı yüksək qiymətləndirib və bankın xüsusilə də çətin dövrlərdə ölkə iqtisadiyyatına dəstəyə sadiqliyini bir daha təsdiq edib.

AYİB-in dəstəyi yüksək likvidliliyin, kapital dövriyyəsinin və ticarət maliyyələşməsinin təmin olunması kimi tədbirləri əhatə edir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *