vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SOSİAL  
14:37 | 11 aprel 2020 | Şənbə Məqaləyə 261 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əti haradan alaq?

AQTA tələblərə riayət edən qəssabxanaların siyahısını açıqladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, eyni zamanda bu sahədə müşahidə etdiyi qanunsuz fəaliyyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır.

Agentlikdən verilən məlumata görə, heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş heyvan kəsimi sexlərində həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır.

Qeyd edilib ki, artıq regionlarla yanaşı, Bakı şəhərində də müasir heyvan kəsimi məntəqələrinin sayı artmaqdadır. Bakı şəhəri üzrə stasionar kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:

 

Nizami rayonu, H.Əliyev prospekti 92

Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26

Sabunçu rayonu, Sabunçu ŞTQ, Aydınbəyov küçəsi, ev 2, mənzil 33

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1A

Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi, ev 20

Binəqədi rayonu, Şamaxı şosesi 16

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 10, mənzil 56

Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, H.Saqib küçəsi, ev 27

Nizami rayonu, Ş.Kamilov küçəsi 1

Nəsimi rayonu, A.Mustafayev küçəsi 23/24

Qaradağ rayonu, Lökbatan qəsəbəsi

Nərimanov rayonu, Ə.Əliyev və Y.Çəmənzadə küçələrinin kəsişməsi

Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə

Binəqədi rayonu, C. Xəndan küçəsi 52C,

Dərnəgül qəsəbəsi, Ş.Məmmədova və H.Hüseynov küçələrinin kəsişməsi

Xəzər rayonu, Binə ŞTQ, R.Əşrəfov ev 20

Sabuncu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 110H

Xətai rayonu, H.Aslanov qəsəbəsi, ev 6

 

AQTA bir daha vətəndaşları və heyvan kəsimi, eyni zamanda ət və ət məhsulları satışı sahəsində fəaliyyət göstərən sahibkarları qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrinin xidmərlərindən istifadə etməyə çağırır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *