vaxtlı-vaxtında oxuyun! Bazar, 20 sentyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
15:47 | 27 aprel 2020 | Bazar ertəsi Məqaləyə 2607 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4 bank bağlanır?

Natiq Cəfərli: “Ödəmə qabiliyyətini itirib ...”

Həftə Azərbaycan bank sektoru və ümumilikdə ölkə iqtisadiyyatı üçün maraqlı xəbərlə başladı. Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.

Bu qərar nə mənaya gəlir? Adları çəkilən bankların və oradakı əmanətlərin taleyi necə olacaq? Bu sualları ekspertə ünvanladıq.

İqtisadçı Natiq Cəfərli bildirdi ki, “Atabank”, “AGBank”, “NBCBank” və “Amrah Bank”ın uzun aylardır ciddi problemləri var idi:

“Son aylar hətta vətəndaşlar depozitlərini də geri çəkə bilmirdilər. Əslində “çürük” bankların bazardan çıxarılması gecikdirilirdi, bu, daha əvvəl verilməli qərar idi. Bu gün alınan qərarla hər 4 banka müvəqqəti inzibatçılar təyin olunub. Qanuna görə, müvəqqəti inzibatçı –  maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş banklar üçün nəzərdə tutulur. Deməli, hər 4 bank artıq ödəmə qabiliyyətini itirib və 30 təqvim günü ərzində müvəqqəti inzibatçılar bankların ləğvedilmə planını təqdim etməli, aktiv və passivlərini hesablamalıdır. 30 gündən sonra banklarla bağlı növbəti qərar olacaq, çox güman, depozitlər Əmanətlərin Sığortalanması Fondu vasitəsilə ödəniləcək, ilk olaraq fiziki şəxslərin depozitləri qaytarılacaq. Amma problem budur ki, ƏSF-da indi vəsait sıfıra yaxındır, çox güman, Mərkəzi Bank Fonda kredit xətti açacaq”.

Ekspertin fikrincə, hüquqi şəxslərin depozit və cari hesablarında olan vəsaitlərin qaytarılması daha uzun çəkə bilər”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *