vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 24 noyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:11 | 14 iyul 2020 | Çərşənbə axşamı Məqaləyə 350 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müharibə genişlənir

Türkiyə Azərbaycanın yanında olacaq

Elxan ŞAHİNOĞLU

Sərhəddə döyüşlərin davam etməsi onu göstərir ki, tərəflər hərbi hədəflərinə çatmağa çalışırlar. Ermənistan hakimiyyəti əvvəlki kimi itkilərini açıqlamasa da, bugünkü döyüşlərdə xeyli itki verdiyi internet görüntülərdən də aydın olur.

Azərbaycan Müdafiə Nazirliyi iki gündür pilotsuz uçuş aparatlarının Ermənistanın mövqelərini bombalayan kadrlar yayınlayır. Ermənistanın bahalı pilotsuz uçuş aparatları olmadığına görə oxşar kadrlar yayınlaya bilmir. Bu amilin özü gələcəkdə Ermənistanın baş naziri Nikol Paşinyana problemlər yaradacaq. 2016-cı ilin aprelində də eyni hadisələr olmuşdu. Azərbaycan Müdafiə Nazirliyi 4 günlük döyüşlər zamanı pilotsuz uçuş aparatlarının bombaladığı hədəfləri internetdən yayınlamışdı. Ermənistanın o zaman da internetdə yayınlanası kadrı yox idi. Çünki Ermənistanın o silahları o zaman da yox idi. 4 günlük savaşdan sonra Ermənistan ordusunda korrupsiya ittihamlarıyla generallar həbs olundu, ordunun zəif təchizatı üzə çıxdı, verilən itkilər erməni cəmiyyətinin narazılığına səbəb oldu və nəticədə keçmiş prezident Serj Sərkisyanın mövqeləri getdikcə zəifləyərək hakimiyyətini itirdi.

Nikol Paşinyanı da eyni tale gözləyir. O Serj Sərkisyan kimi Ermənistan ordusunun zəif təchizatına və verdiyi itkilərə görə bir müddət sonra erməni cəmiyyətinin ciddi suallarıyla üzləşəcək. Digər tərəfdən Ermənistan müxalifəti ordunun verdiyi itkilərə görə Paşinyana və müdafiə naziri David Tonoyana qarşı təzyiqi artıracaqlar. Əslində hadisələrin bu istiqamətdə gedişatı Rusiyada Paşinyandan xoşu gəlməyən mərkəzlərin də maraqlarına cavab verir. Ancaq bu o demək deyil ki, Rusiyadakı mərkəzlər Azərbaycan ordusunun həmlələrinə uzun müddət seyrçi gözü ilə baxacaqlar. Rusiyada ermənipərəst mərkəzlər Kremlin Ermənistan ordusuna dəstəyi artırmağı tələb edəcəklər.

Azərbaycan ordusu hərbi əməliyyatları davam etdirmək əzmindədir. Azərbaycan cəmiyyəti işğal olunmuş torpaqların azad olunmasını tələb edir. Bunun üçün zamanın yetişdiyini düşünənlər az deyil. Mümkündür ki, yaxın günlərdə hərbi əməliyyatların coğrafiyası artaraq Naxçıvan və Dağlıq Qarabağ istiqamətinə yönəlsin. Azərbaycan son döyüşlərdə bir neçə hərbçisini və generalını itirib. Bu Azərbaycan ordusuna döyüşləri davam etdirməsi üçün ciddi səbəbdir. Döyüşlərin o həddə qədər davam etdirilməsi zərurəti müzakirə olunur ki, nəticədə Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planına razılaşsın və Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazır olsun.

Azərbaycan Ermənistana dəstək verməyə hazırlaşan xarici güclərin təzyiqlərini və təxribatlarını neytrallaşdırmaq üçün dost və tərəfdaş ölkələrlə əlaqələri gücləndirməlidir. Azərbaycan ilk növbədə Türkiyə ilə hərbi ittifaqı gücləndirməlidir. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu sərhəddəki insidentlə bağlı belə bir cümlə işlətdi: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı qərarı versə, Türkiyə Azərbaycanın yanında olacaq”.

Mövlüd Çavuşoğlu bu cümlə ilə demək istədi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qərar versə, Türkiyə Azərbaycana hərbi dəstəyini əsirgəməyəcək. Xarici təzyiqlərə rəğmən, Suriyaya, İraqa və Liviyaya ordusunu göndərməkdən çəkinməyən Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Azərbaycan üçün də eyni qərarı verməkdən çəkinməyəcək. (“Atlas” Araşdırmalar Mərkəzi)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)