vaxtlı-vaxtında oxuyun! Cümə, 7 avqust 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
18:18 | 17 iyul 2020 | Cümə Məqaləyə 115 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin nə qərar verəcək?

Rusiya münaqişəyə müdaxilə edəcəkmi?

Elxan ŞAHİNOĞLU

Azərbaycanla Ermənistan arasında günlərdir davam edən savaşda ən aktual suallardan biri də budur: Rusiya münaqişəyə müdaxilə edəcəkmi?

Rusiyanın Dağlıq Qarabağ məsələsində fəallığı və vasitəçiliyi hər zaman Azərbaycanın əleyhinə olub. Vaxtilə erməniləri kütləvi surətdə Dağlıq Qarabağda yerləşdirən Rusiya imperiyası sonrakı onilliklərdə də əlindən gələni edib ki, bölgədəki erməniləri qorusun.

Vladimir Putin 2000-ci ildə prezident seçiləndə ilk xarici səfərini Azərbaycana reallaşdırdı. O zaman Putin Çeçenistanda müharibə aparırdı və çalışırdı ki, çeçen mücahidlərə müxtəlif yollarla verilən dəstək kəsilsin. Rəsmi Bakı Rusiyanın ərazi bütövlüyünün əleyhinə heç bir addım atmadı, azərbaycanlıların əksəriyyətinin çeçen mücahidlərə simpatiyası olsa da, Rusiyanın ərazi bütövlüyünə xələl gətirən hərəkətlərə yol verilmədi. Putinin Azərbaycana səfərindən sonra çeçenlərin Bakıdakı nümayəndəliyi qapadıldı. Bunun qarşılığında Putin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana yönəlik heç bir addım atmadı. Tam əksinə, Rusiyanın hərbi-sənaye kompleksi Ermənistanda müasir hərbi texnikalar və təyyarələr yerləşdirməkdə davam etdi.

Rusiya 2016-cl ilin aprelində də Azərbaycana mane olaraq savaşın davam etdirilməsinə imkan verməyərək daha çox ərazinin işğaldan azad olunmasını əngəllədi.

Sərhəddəki son hadisələr Azərbaycana torpaqları işğaldan azad etmək üçün növbəti şans yaradır. Kreml bu günə qədər prosesə mane olmurdu, yalnız atəşkəs və sülh çağırışları edilirdi. Ancaq son iki gündə Kremlin prosesə müdaxiləyə hazırlaşdığına dair xəbərlərə rast gəlinir.

Vladimir Putin Rusiya qoşunlarının Cənubi və Qərbi hərbi dairələrin qoşunlarının qəfil yoxlanışını elan edib. Rusiya qoşunlarının cənub-qərbində təhlükəsizliyi təmin etmək qabiliyyətini və sentyabrda keçiriləcək "Qafqaz-2020" təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək planlaşdırılır. Bundan başqa Vladimir Putin iyulun 17-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Təhlükəsizlik Şurasının iclasında Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub. Vasitəçilik fəaliyyətinə hazırlıq, tərəflərin atəşkəsi təmin etməsinə təcili ehtiyacın olması vurğulanıb”.

İndiki halda atəşkəs Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də rəsmi Bakı Moskvanın səylərini diplomatik tərzdə müsbət qiymətləndirilməklə yanaşı, Rusiyanın istənilən vasitəçiliyindən yayınmağa çalışmalıdır. Çünki, Rusiyanın təkbaşına vasitəçiliyinin Azərbaycana xeyri yoxdur, növbəti atəşkəs işğalın davamına xidmət edəcək.

Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana simpatiyası yoxdur. Ancaq bu o demək deyil ki, Kreml sahibi Ermənistandan imtina etməyə hazırdır. Rusiya döyüşlərin hansısa mərhələsində Azərbaycana və Ermənistana qəti şəkildə dayanmaq tələbini irəli sürə bilər. Bundan necə qurtula bilərik?

Rəsmi Bakının Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırması Rusiyanın təzyiqlərini neytrallaşdırmağa xidmət edəcək. Kreml sahibinin Azərbaycan və Türkiyə prezidentləri ilə tərəfdaşlıq münasibətləri var. Bu mənada Kreml sahibinin sözçüsü Peksovun son açıqlaması da maraqlıdır: “Putin və Ərdoğan biri-birinə bənzəyirlər. Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar. Bu, Suriya probleminə də aiddir”.

Suriya probleminə aid olan Ermənistan-Azərbaycan münaqişəsinə niyə aid olmasın? Ərdoğanın son hadisələr fonunda Azərbaycana verdiyi qətiyyətli dəstək Putini düşündürməyə vadar etməlidir. Kiçik və işğalçı Ermənistana görə Türkiyə və Azərbaycanla tərəfdaşlığı gərginləşdirməyə dəyərmi? (“Atlas” Araşdırmalar Mərkəzi)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)