İspaniyada Balkan yelləri
Avropa ölkəsi Yuqoslaviyanın gününə düşə bilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Melodan İspaniyaya ərazi iddiası
100 ildir mübahisəsi davam edən Olivenza yenidən mübahisə mövzusu olub
-
Lüks ev qarətçiləri
Polisi heyrətləndirən oğrular tutuldu
-
Madriddən Kiyevə veto
İspaniya Ukraynaya göndərdiyi silahların Rusiya ərazisində istifadəsinə icazə vermir
-
“Çox ciddi irqçilik problemi var”
İspaniya müxalifəti lideri: “Bizi narahat edən qayıqla gələnlər deyil”
-
Qayığın üstündən keçdi
İspaniya jandarmı qeyri-qanuni mühacirləri çətinliklə dayandırdı
-
Dənizi üzərək keçiblər
Mərakeşli immiqrantlar dumandan istifadə edib İspaniya ərazisinə daxil olublar
-
Əsrin sonunda Avropa cəhənnəmə dönəcək
Həddindən artıq istilər səbəbindən ölümlər 5 dəfə artacaq
-
Merdən mübahisəli qərar
Barselonada turistlərə mənzil kirayələmək qadağan edilib
-
Budəfəki daha qanlı olub
Daha üç nümayəndəliyə zərflər göndərilib
-
Ukrayna səfirliyində terror
Madriddəki nümayəndəliyə zərfdə bomba göndərilib, partlayış olub
-
Avropa millətçiliyi yüksəlişdə
İspaniyanın ifrat sağçıları bütün göstəriciləri üstələyir
-
İspaniyada ikinci isti dalğası
Havanın temperaturu çay kənarında 43 dərəcə olub
-
İspaniya da rusları qovur
25 diplomat və səfirlik işçisinin ölkədən çıxarılacağı bildirilir
-
İspaniyada “pomidor döyüşü”
160 ton məhsulu zay ediblər
-
İspaniya erməni mafiyasını məhv edir
Kataloniya polisi 100-dən artıq şəxsi həbs edib
-
Katalonlar İspaniya kralına hücum etdi
19 nəfər xəsarət alıb
Kataloniya böhranı 10 gündən çoxdur ki Avropa gündəmini həbs edib. SSRİ dağıldıqdan sonra bir neçə hissəyə ayrılan keçmiş Varşava blokuna daxil olan ölkələrindən sonra eyni parçalanma təhlükəsi demokratik Avropanı gözləyir. Burada ilk olaraq ağıla, sözsüz ki, İspaniya və onun muxtar əyalətləri gəlir.
Avropa siyasətçiləri və ekspertləri vaxtilə Yuqoslaviyanın qanlı parçalanma ssenarisinin İspaniyada baş verəcəyi əndişəsini yaşayırlar.
ABŞ-ın qeyri-hökumət təşkilatı sayılan «Beynəlxalq Respublika İnstitutu»nun Avropa proqramının rəhbəri Tibo Müzerges Fransanın «Le Monde» qəzetinə verdiyi ekspert rəyində bu mövzuya toxunub.
Müzerges Kataloniya məsələsinin Yuqoslaviyadakı müharibənin başlanğıcını xatırlatmaqla bunun Avropa Birliyinin və onun üzv dövlətlərinin suverenliyini təhdid etdiyini söyləyib.
«Oktyabrın 10-da Kataloniya jeneralitetinin (əyalət -red.) rəhbəri Karles Puçdemon riyakarcasına müstəqillik haqqında bəyannamənin elan olunmasını dayandıraraq guya dialoq üçün qapıların bağlanmadığını desə də, bütün bunlar Avropada, 25 il bundan əvvəlki kabusun geri qaytdığını xəbər verir. Həmin vaxtlarda da Avropa Balkanlarda böyük münaqişənin yaranmasına əngəl törətməkdə aciz qalmışdı», - Müzerges yazır.
Müəllif 25 il kimi böyük bir müddətin keçməsinə rəğmən hadisələrin eyni ssenari üzrə hərəkət etdiyini düşünür: «Elə 1991-ci ildə də XorvatiyaYuqoslaviyadan birtərəfli qaydada müstəqillik haqqında bəyannaməsini ilkin dövrdə dayandırmışdı. Lakin sonradan Yuqoslaviyada hər kəs birdən-birə dəliliyə qapıldı və bununla da bölgədə 10 il davam edən qanlı müharibə və zorakılıqların əsası qoyuldu».
Müzerges eyni fəlakət ssenarisinin İspaniyada baş tutmayacağını iddia edənlərin ciddi şəkildə yanıldığını qeyd edir.
«Yuqoslaviyada heç kim döyüşlər başlayana qədər 1970-ci illərdən bəri milli, siyasi və iqtisadi zəmində getdikcə artan böhranın ölkənin parçalanmasına gətirib çıxaracağını düşünmürdü», - ekspert bildirir.
Müzerges İspaniyadakı situasiyanın Yuqoslaviyadakından fərqli xüsusiyyətlərinin mövcud olduğunu da etiraf edib. Bunların başında heç şübhəsiz kommunist diktaturası altında yaşayan Balkan respublikasından fərqli olaraq İspaniyanın sivil və demokratik dövlət olmasıdır.
«Lakin hər iki münaqişədə toqquşma nöqtələrinin çoxluğu hamımızı düşündürməlidir», - müəllif yazaraq davam edir:
«Milli xüsusiyyətlərin qorunması hissi iqtisadi böhranın da təsiri ilə ispan gəncliyinin radikallaşmasına gətirib çıxarıb. Eyni proses millətçiliyi kommunizm xəstəliyindən qurtulmaq üçün dərman olaraq görən Yuqoslaviya gəncliyində də baş vermişdi. Beləliklə, İspaniyanın Balkanlaşdırılması tamamilə realdır».
Müəllif İspaniyadakı proseslərin həll edilməməsi halında böhranın onun hüdudları daxilində qalmayacağına və nəticədə Avropa Birliyinin parçalanmasına gətirib çıxaracağına əminliyini ifadə edir: «Dövlətlərin özünə inamlarının itirdiyi bir dünyada, özü də Rusiyanın Avropanı parçalamaq istədiyi bir məqamda İspaniyadakı
xəstəliyin Avropanın digər hissələrinə yayılmayacağına kim təminat verə bilər. Avropa İttifaqının hər bir üzvünün bu birlik layihəsindəki marağı olduqca aydın idi. Buna görə üzv dövlətlər öz aralarında sərhədləri ləğv edərkən onların sabitliyinin qorunması, habelə rifah və səadət içində yaşamaq naminə suverenliklərin bir hissəsini qurban etdilər. Əgər Avropa üzv ölkələrin hüdudlarının sabitliyini təmin etməyə qadir olmasa bu dövlətlərin daha Birlikdə qalmaq üçün heç bir marağı olmayacaq. Belə bir təminatın yoxluğunda onlar öz suverenliklərini əvvəlki formada bərpa edəcəklər ki, bu da Avropa İttifaqının sonu deməkdir».
Bütün bu əsası gətirərək Müzerges yekunda Kataloniyada təkcə İspaniyanın deyil, Avropa İttifaqının da gələcəyinin həll olunduğunu yazıb.