
İspaniyanı iflic edən oğurluq
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Üç ölkədə elektrik enerjisi kəsildi
Vatikan Antoni Qaudinin adı barədə prosesə başlayıb
Avropa ölkəsində məktəb menyusunda köklü dəyişiklik
Hansı Avropa şəhərlərində yaşamaq üçün çox pula ehtiyacınız yoxdur?
Ağardıcı ilə dezinfeksiya edilib, istifadə tarixi dəyişdirilib
“Mən bütün bu şeyləri bilmək istəmirəm”
Mağazalarda satışdan çıxarılıb
Ölən və yaralananlar var
Hər gün onlarla qayıq İspaniya və İtaliya sahillərinə yan alır
İspaniyanın baş naziri Pedro Sançes: “Rusiya təhdidləri ilə üzləşən ölkələrə kömək etməliyik”
“Uzun ömür yaşamaq qismən şans məsələsidir, bir də uğurlar və yaxşı genlər”
1.1-1.4 milyon il əvvələ aid olan kəşf “Homo affinis erectus” kimi təsnif edilib
Kataloniya prezidenti, Karles Puçdemont (Carles Puigdemont), bildirib ki, muxtariyyət Madridin birbaşa idarəçilik planını qəbul etməyəcək. O, Madridin bu təşəbbüsünü 1939-1975 illərdə general Franko diktatorluğu dövründə muxtariyyətin ləğv olunması ilə müqayisə edib.
Puçdemont deyib ki, Madridin indiki hərəkəti Franko dövründən bəri Kataloniya institutlarına qarşı edilən hücumların ən pisidir.
İspaniyanın Baş naziri Mariano Rajoyun planı Kataloniya liderlərinin idarəçilikdən kənarlaşdırılması və regional parlamentin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.
Kataloniyada müstəqillik referendumu oktyabrın 1-də keçirilib, baxmayaraq ki, İspaniya Konstitusiya Məhkəməsi referendumun keçirilməsini qadağan etmişdi.
Puçdemont deyib ki, İspaniya hökuməti dialoqu rədd etməklə Kataloniya seçicilərinin demokratik yolla ifadə etdiyi iradənin əleyhinə hərəkət edir.
O bildirib ki, Mariano Rajoyun planına Kataloniyanın cavabını müzakirə etmək məqsədi ilə muxtariyyətin parlament sessiyasını çağırmaq niyyətindədir.
Barselona polisinin bildirdiyinə görə, şənbə günü Kataloniya paytaxtında keçirilmiş etiraz aksiyasında 450,000 adam iştirak edib.
İştirakçıların çoxu «azadlıq» və «müstəqillik» şüarlarını səsləndirib.
İspaniyanın Baş naziri Mariano Rajoy Kataloniyaya qarşı ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiq ediləcəyini bildirib.
Həmin maddə, ölkənin muxtar bölgələrində böhranlı vəziyyət yarandıqda, birbaşa idarəçilik üsulunu tətbiq etməyə icazə verir.
Xəbərlərə görə, İspaniya Daxili İşlər Nazirliyi Kataloniya polisinə nəzarəti ələ almağa və Kataloniya polis rəhbərini vəzifəsindən kənarlaşdırmağa hazırlaşır.
Kataloniya polisinin rəhbəri Cosef Luis Traperoya (Josep Lluís Trapero) qarşı artıq itaətsizlik ittihamı irəli sürülüb.
«El País» qəzetinin yazdığına görə, İspaniya hökuməti eləcə də «TV3» Kataloniya İctimai Televiziyasını nəzarəti altına almağa hazırlaşır.