vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SAHİBKARLIQ  
16:08 | 9 noyabr 2017 | Cümə axşamı Məqaləyə 3701 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tikinti maqnatının 5 milyardlıq layihəsi

İlqar Hacıyev Moskvada jurnalistlər qarşısına çıxdı və planlarını açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada azərbaycanlı tikinti maqnatı İlqar Hacıyevin sahibi olduğu «SDİ Group» şirkəti Moskvanın Vernadsk prospektində iki göydələnin tikintisinə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu barədə İlqar Hacıyev özü Moskvada jurnalistlərə bildirib.

İ.Hacıyev Azərbaycanın «Akkord» tikinti-sənaye korporasiyasının keçmiş səhmdarı və icraçı direktorudur. O, korporasiyadakı payını digər ortaqlarına sataraq əsas fəaliyyətini Rusiyaya keçirib.

Biznesmen bildirib ki, hazırda göydələnlərin tikintisi ilə əlaqəli sənədlərin tərtib olunması prosesi gedir. Göydələnlərin hündürlüyü 120 metr olacaq, tikinti təxminən üç ay sonra başlayacaq və 3 il sonra başa çatdırılacaq. «Bu, nöqtəvi tikinti olacaq», - Hacıyev deyib. Biznesmenin sözlərinə görə, tikintiyə 5 milyard rubl sərmayə qoyulacaq. Ancaq o, layihənin digər parametrlərini açıqlamayıb.

«SDİ Group» şirkəti 2014-cü ildən fəaliyyətdədir, fəaliyyət sahəsi mənzil və yol tikintisi, tikinti materiallarının və hazır konstruksiyalaın istehsalıdır. Şirkət Moskva ətrafındakı «Piroqovskaya Riverya» yaşayış kompleksi layihəsinin səhmdarlarından biri olub. İndi İlqar Hacıyev bildirib ki, digər ortaqlar layihədən çəkilib və «SDİ Group» hazırda bu layihənin tam sahibidir. Yaşayış kompleksindı 400 min kvadratmetrlik yaşayış sahəsi olacaq, indiyədək 80 min kvadratmetr tikilib. «Əgər bazar şərtləri imkan versə layihəni üç ilə tamamlayacağıq», - o deyib.

Qeyd edək ki, İlqar Hacıyevin Bakıda da tikinti layihələrində iştirakı var. Bu günlərdə Xırdalanda İ.Hacıyevə bağlı «Nova Development Group» şirkətinin həyata keçirdiyi «Nova City» yaşayış kompleksində vaxtilə bu şirkətin satış meneceri olmuş şəxs tərəfindən eyni mənzillərin bir neçə nəfərə satılması ətrafında qalmaqal mətbuata çıxmışdı. «Nova Development Group» şirkətinin 50 faizi azərbaycanlı iş adamı İlqar Hacıyevə, qalan 50 faizi isə İsveçrənin «Novanord Holdings» şirkətinə məxsusdur.